Kosmonavtların yürüşü ləğv edildi - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Kosmonavtların yürüşü ləğv edildi

Elm və texnologiya A- A A+
Rusiya kosmonavtlarının Beynəlxalq Kosmik Stansiyada (BKS) həyata keçirməsi planlaşdırılan kosmos gəzintisi Soyuz MS-22 gəmisində sızma səbəbiylə ləğv edilib.
 
Ednews xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada,  “Soyuz MS-22” gəmisinin avadanlıq bölməsinin xarici gövdəsində zərərin aşkarlandığı bildirilib.
 
Zərər səbəbiylə kosmos gəmisində də sızma meydana gəldiyinə dair məlumatlar açıqlamada öz əksini tapıb. Sızmanın təsbit edilməsindən sonra rus kosmonavtları Sergey Prokopyev və Dmitriy Petelinin planlaşdırılmış kosmos gəzintilərinin ləğvinə qərar verilib.
 
Hazırda Soyuz MS-22 gəmisindəki bütün sistemlər normal fəaliyyətini davam etdirir.
 
Nəzrin Eldarqızı


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...