Mask sosial media platformasındakı paylaşımında "onun yerini tutacaq qədər axmaq birini tapan kimi" istefa verəcəyini bildirib.
Ednews xəbər verir ki, o, istefa verdikdən sonra yalnız proqram qrupları ilə işləyəcəyini bildirib.
Xatırladaq ki, dekabrın 18-də Twitter-də açdığı sorğuda Musk izləyicilərinə “İşimdən istefa etməliyəm?” sualını verib.
Səsvermədə iştirak edən 17,5 milyondan çox istifadəçinin 57 faizi Maskın istefasını istəyib.
Səsvermədən sonra Mask ilk olaraq şirkətin siyasətləri ilə bağlı sorğularda yalnız "mavi tikli" istifadəçilərin iştirak edəcəyini bildirmişdi.
Nəzrin Eldarqızı