Rusiyanın Kosmik Agentliyi Roskosmos, Soyuz kapsullarında soyuducu maye sızmasının başlamasından sonra üç ekipaj üzvünü geri gətirmək üçün müraciət edib.
Ednews xəbər verir ki, Roskosmos və NASA kosmik gəminin xarici radiatorunun deşilməsinə nəyin səbəb olduğunun aydın olmadığını bildiriblər.
Gəminin bir meteorid səbəbli sızmaya məruz qaldığı düşünülür. Lakin araşdırmalar nəticəsində bu ehtimal rədd edilib.
Sızma iki kosmonavt gəzintiyə hazırlaşarkən başlayıb.
NASA-nın keçmiş kosmonavtlarından biri olan Skott Kelli açıqlamasında sızmanın ciddi olduğunu bildirib.