Amerikalı milyarder İlon Mask instaqram sosial şəbəkəsində fotolara baxmağın insanları depressiyaya saldığını deyib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, Maska görə, İnstaqram insanları depressiyaya salır, tviter isə onları qəzəbləndirir.
Mask bildirib ki, tviterdə yazılanları oxuyanda onu gülmək tutur.
“İnstaqramın əsas çatışmazlığı “insanların həyatlarının əslində olduğundan daha yaxşı görünməsi”dir” , - o bildirib.
Oğuz Ayvaz