Bir milyard yarımdan çox aktiv istifadəçisi olan və hər gün yeni xüsusiyyətlərlə gündəmə gəlməyə davam edən Facebook-da bir çox maraqlı məlumatlar da var. Beləliklə, bu platformanın ilk simasının Al Pacino olduğunu bilirsinizmi?
Amerikadakı Facebook istifadəçiləri hər gün orta hesabla Facebook-da 40 dəqiqə vaxt keçirirlər.
Facebook-un ilk açılış səhifəsi dizaynında üz təsvir edilib. Bu da məşhur aktyor Al Paçinonun fotosu olub.
Smartfon istifadəçiləri gündə 14 dəfə Facebook-u yoxlayırlar.
Sistemdən çıxsanız belə, Facebook daha sonra hansı saytlara baxdığınızı izləyə bilər.
Aynurə İsmayılqızı