Xaricdə alınan diplomlar hansı halda tanınmır? - Təhsil ekspertindən AÇIQLAMA - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Xaricdə alınan diplomlar hansı halda tanınmır? - Təhsil ekspertindən AÇIQLAMA

Elm və texnologiya A- A A+

Son zamanlar xaricdə təhsil almaq istəyənlərin sayında artım var. Bəzən isə heç də xoş olmayan hallar baş verir. Bir çox tələbələr xaricdə təhsillərini başa vurduqdan  sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər.

Məsələ ilə bağlı təhsil ekspeti Kamran Əsədov Ednews-a açıqlamasında bildirib ki, məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. 

“Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirir. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb”. 

Onun sözlərinə görə, xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç biri Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. 

“Sadəcə vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu hüquq pozuntsu deyil. Valideyinlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.

Ekspert qeyd edib ki, insanların çoxunu təhsil yox, diplom düşündürməsi təəssüfləndirici haldır.

“Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur”.

O bildirib ki, fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır.

“Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər.

Hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır. Bu bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir.

Ekspert xoşagəlməz halların qarşısını almaq üçün bildirib ki, valideyinlər yalnız xaricdə təhsil ilə bağlı mütəxəsislərə müraciət etməlidirlər.

“Tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa azı 15 gün, əyani təhsil alacaqlarsa 90 gün semester ərzində o ölkənin ərazisində olmalıdırlar. Bundan başqa hər bir xarici ölkəyə oxumağa gedən şəxs Enic-Naric sistemində o universitetin olub-olmamasını yoxlamalıdır. Bunlarla yanaşı xarici ölkələrdə oxumağa gedənlər ölkənin dilini və tədris dilini bilmirlər ki, bu da sonradan onların diplomlarının tanınması zamaı maneəyə səbəb olur”.

Ayan Rzayeva 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...