"Google" dan növbəti YENİLİK - Süni intellekt proqramını istifadəyə VERDİ - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

"Google" dan növbəti YENİLİK - Süni intellekt proqramını istifadəyə VERDİ

Elm və texnologiya A- A A+

"Google" bu gün yeni süni intellekt nitq proqramı olan Bardı bəzi istifadəçilərinə, 18 yaş məhdudiyyəti şərti ilə açıb. 

Ednews Bizim media-ya istinadən xəbər verir ki, rəqibi ChatGPT-dən fərqli olaraq, Bard vasitəsilə internetdəki ən son məlumatlara daxil olmaq və "Google it" düyməsi ilə axtarış etmək olur.

"Google" həmçinin proqramda "məhdudiyyətlər"in olduğunu, səhv edə biləcəyini və qərəzli cavablar verə biləcəyi ilə bağlı da istifadəçilərə xəbərdarlıq edib.

Şirkət bir blog yazısında "daha dərindən" axtarış üçün Bard-a dil modellərini əlavə etməyi planlaşdırdığını açıqlayıb.

"Google", yeni vasitəni ABŞ və Böyük Britaniyada yaymağa başlayacağını və gələcəkdə onu daha çox ölkədə və dildə yaymağı planlaşdırdığını deyib.

Qeyd edək ki, süni intellektli chat robotlar sualları insan kimi təbii şəkildə onlayn cavablandırmaq üçün proqramlaşdırılıb.

Bu vasitə nitqdən tutmuş kompüter koduna və ya məqaləyə qədər hər şeyi yaza bilər.

Bard, "Google"-un heç vaxt tam istifadəyə verilməmiş Lamda adlı chat modeli ilə eyni nəsildəndir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...