Telegram-ın inkişaf komandası messencerdə TON Wallet kripto pul kisəsi funksiyasını tətbiq etməyə başlayıb və onun köməyi ilə istifadəçilər TON rəqəmsal valyutasını sərbəst şəkildə dəyişdirə biləcəklər.
Ednews xəbər verir ku, bu barədə Telegram-ın yaradıcısı Pavel Durov öz kanalında məlumat verib.
O, açıqlamasında bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara mesencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək.
Qeyd edək ki, “Wallet” kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanvarında “Telegram” istifadəçiləri üçün əlçatan olub. Mesencerin noyabr yeniləməsindən sonra yenilik ABŞ və bəzi digər ölkələrdən kənarda olan hər bir istifadəçinin parametrlərində görünəcək.