Ednews xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar süni intellekt texnologiyalarında mühüm rolu ilə yüksəlişdə olan çip istehsalçısı “Nvidia” hər il yeni bir AI çip ailəsi təqdim etmək planı ilə texnologiya dünyasındakı daşları hərəkətə gətirməyə davam edir.
Şirkətin təqdim edəcəyini yeni “Rubin platforması”nın süni intellektə mənfi təsirləri olacağı istisna edilmir.
Kaliforniyada yerləşən şirkət Rubin adlı yeni nəsil süni intellekt (AI) çip platformasının 2026-cı ildə buraxılacağını açıqlayıb.
Bu yeni platformaya yenilənmiş qrafika (GPU), mərkəzi prosessor (CPU) və şəbəkə çipləri daxil olan çiplər ailəsi daxil olacaq.
Rubin platforması “Nvidia”nın texnologiya strategiyasının ən mühüm vasitələrindən biridir.
Nigar Əliyeva