Dünyada 3 valideyni olan ilk uşaq doğulub. Bunu Britaniyanın elmi jurnalı New Scientist yayıb.
Meksikada anadan olan uşaqda 3 nəfərin DNT-dən istifadə olunub.
Belə bir uşağın doğulması xəbəri indi verilsə də, qeyd olunur ki, əslində uşaq 5 ay əvvəl doğulub, indiyə kimi onun üzərində uşağın normal olması ilə bağlı müşahidələr aparılırdı.
İordaniyadan olan müsəlman ailəsinin uşaqları kiçik yaşlarında ölür və məlum olub ki, qadında Ley sindromu var. Bu sindrom qadının uşaqlarında mərkəzi sinir sistemini sıradan çıxaran bir xəstəlikdi.
Amerikalı genetiklər qadının xəstə geninin uşağa keçməməsi üçün həmin genin sağlam formasını kənar qadın donordan götürüblər. Qalan genlər isə ana və atanın olub.
Bu əməliyyat Meksikada olub, çünki ABŞ-da bu texnologiyanın istifadəsi qadağandır.