"Eurasia Diary"-nin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti oktyabrın 11-dən etibarən “Galaxy Note 7” smartfonunun istehsalını müvəqqəti olaraq dayandırır.
Qeyd edək ki, daha əvvəl şirkət “Galaxy Note 7”nin akkumlyatorunun alovlanması hallarından sonra smartfonun satışını və dəyişdirilməsini müvəqqəti dayandırmışdı.