Batereyasının alovlanması və partlaması səbəbinə görə, Samsung Galaxy Note 7 telefon modeli ABŞ-dakı bütün təyyarələrdə qadağan edilib.
Birləşmiş Ştatların Rabitə Nazirliyinin “təcili” adı altında göndərdiyi xəbərdarlıqda təhlükəsilik səbəbi ilə Galaxy Note 7 modelinin təyyaraələrə qəbul olunmaması bildirilir.
Uçuş heyəti və sərnişinlərvartıq baqajlarında, ya da təyyarələrdə bu modeli gəzdirə bilməyəcək.
Açıqlamada deyilir ki, “bu qərarla bəzi sərnişinləri çətin vəziyyətdə qoyduğumuzu bilikrik, ancaq təhlükəsizlik hər şeydən üstündür”.
Samsung Galaxy Note 7-də alovlanma və partlama problemi sentyabr ayında ortaya çıxmışdı. Həmin vaxt Samsung şirkəti 2 milyon yarım telefonu satışdan çıxarıb.