"Eurasia Diary" xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyadan ilk dəfə 4K keyfiyyətdə translyasiya edib.
NASA ilk dəfə olaraq orbital stansiyanın interyerlərini Ultra HD keyfiyyətdə videoda təqdim edib.
Bununla yanaşı, YouTube - un tarixində də ilk dəfədir ki, Ultra HD, yəni 2160r keyfiyyətdə Beynəlxalq Kosmik Stansiya barədə video nümayiş olunur.
NASA-nın "NASA TV UHD" çəkiliş qurğusu hazırda BKS-in ABŞ "tərəfi"ndə, AMC 18C konsolundadır.
Beynəlxalq Kosmik Stansiya yerdən 410 km yüksəklikdədir. Ümumi ağırlığı 450 ton olan stansiyanın interyeri təqribən beşotaqlı mənzil boydadır. BKS Yeri 92,91 dəqiqəyə tam dövrə vurur və 27600 km/saat sürətlə hərəkət edir.
Qeyd edək ki, stansiya 6 min gündən artıqdır ki, kosmosdadır və indiyədək Yerin ətrafına 92534 dəfə dövrə vurub.