Yerin Kosmosdan çəkilən ən gözəl şəkillərinin toplandığı 288 səhifəlik "Overview" albomu işıq üzü görüb.
2013-cü ilin dekabrından başlayaraq, Bencamin Qrant DigitalGlobe və Google Earth kimi servislərdən götürülmüş ən gözəl şəkilləri toplayıb. Şəkillərin rəngliliyi müxtəlif peyklərin çəkdiyi 25 fotonun birləşdirilməsi ilə əldə edilir. Qrantın hədəfi əksəriyyətinin heç vaxt kosmosda olmayacağı insanlarda həmin müşahidə effekti yaratmaqdır.
Şəkillərin daxil olduğu 288 səhifəlik "Overview" albomu insanın təbiət landşaftına təsirini göstərir. Kitabı artıq Amazon.com saytından 25 dollara almaq olar.
Mənbə: http://www.buro247.az/culture/news/kosmosdan-yerin-m-ht-m-g-r-nt-l-ri.html