Yeni istehsal etdiyi Galaxy Nota 7 cib telefonunun isinən zaman partlayan batareyalarına görə böyük nüfuz itirən və istehsalını dayandırmaq məcburiyyətində qalan "Samsung"un çinli rəhbərləri Shijiazhuang şəhərində yerli distribyutorlar üçün tədbir keçirib.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, burada "Samsung"un 20-yə qədər yüksək səviyyəli çinli meneceri səhnəyə çıxaraq həm çinli istifadəçilərdən üzr istəmək, həm də baş verən qalmaqala baxmayaraq markanı dəstəkləməyə davam edən distrübyutorlara minnətdarlıqlarını bildirmək üçün diz çöküblər.
Çində dua etmək, bağışlanmaq və ya qohumlar qarşısında mühüm günlərdə hörmət əlaməti olaraq həyata keçirilən bu ənənəvi hərəkət Çinli vətəndaşlar tərəfindən o qədər də xoş qarşılanmayıb.