Britaniyalı professor Stephen Hawking deyib ki, bəşəriyyət özünə Yer planetindən başqa bir yerdə "ev" tapa bilməsə daha bir minilliyi sağ başa vurmayacaq.
"The Telegraph" yazır ki, tanınmış fizik bu bəyanatı Oxford Union Society cəmiyyətində oxuduğu mühazirədə verib. Alim deyib ki, kosmologiya son illərdə çox inkişaf edir və bəşəriyyətin gələcəyini xilas etmək üçün kainata səfərlər davam etməlidir. "Mən düşünmürəm ki, biz kövrək planetimizi tərk etmədən daha bir minillik ərzində sağ qala bilərik" - deyib professor.
Yer kürəsindən "qaçmağa" 1000 il vaxtımız var
Alim bu ilin əvvəllərində Virgin's Galactic SpaceShipTwo gəmisinin açılışında iştirak edib.
Bu açılış mərasimində o demişdi ki, əlilliyinə baxmayaraq əgər götürsələr bu gəmi ilə uçmağa hazırdır.
Stephen Hawking deyib ki, özü təbiətin təməl zərrələrindən ibarət insanın bizi və kainatı idarə edən qanunları dərk etməsi böyük nailiyyətdir.
O auditoriyaya müraciət edərək deyib: "Ayağınızın altına yox, göyə - ulduzlara baxmağa çalışın".