Tesla Motors Radio Flyer şirkəti ilə birlikdə uşaqlar üçün Model S elektrokarı buraxıb.
Avtomobil 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Model S oyuncaq elektrokarı işıq optikası, audiosistem və tökmə-ion akkumulyator əldə edib. Elektrokarın uzunluğu 132 sm, eni isə 72 sm-dir, maksimal sürət 10 km/saat təşkil edir. Avtomobili adi elektrik ötürücüsü ilə şarj etmək olar. Qiymətlər isə 499 dollardan başlayır.
Qeyd edək ki, Tesla şirkətinin 2017-ci ilə olan planlarına avtonom avtobus buraxmaq daxildir. Yeni nəqliyyat vasitəsi öz standart analoqlarından kiçik ölçüləri, eləcə də sürücü kabininin yoxluğu ilə seçiləcək. Sərnişinlər avtobusu dayanacaqlardakı xüsusi düymənin köməyilə çağıracaqlar.