“Hamıdan çox sevinirəm” Cocuq Mərcanlının yeganə sakini danışdı - FOTOLAR

Cəmiyyət 15:16 25.01.2017
1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganən yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində tezliklə əsaslı bərpa işləri başlayacaq. Prezident İlham Əliyev dünən bununla bağlı sərəncam imzalayıb.
 
Qeyd edək ki, 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edildi və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı.
 
Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.
Ölkə prezidenti də vəziyyəti düzgün qiymətləndirib Cocuq Mərcanlının bərpası ilə bağlı dünənki sərəncamı imzaladı.
 
İndiyə qədər kənddə yalnız 1 ailə yaşayır və burada hərbçilərimiz məskunlaşıb. Ölkə başçısının dünənki sərəncamı Cocuq Mərcnlıya qayıdışı sürətləndirəcək.
 
Sərəncama əsasən, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhyələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb. 
 
 
Modern.az saytı Cocuq Mərcanlı kəndindən olan insanlarla əlaqə saxlayaraq, məsələyə münasibət öyrənib.
 
 
Cocuq Mərcanlı kəndinin icra nümayəndəsi Xanlar Zeynalov saytımıza açıqlamasında belə bir sərəncama çox sevindiklərini deyib.
“Prezidentin sərəncamını çox müsbət qarşıladıq. Hamımız çox yaxşı əhvaldayıq. Hələlik ilkin mərhələdə orada 50 ailəni məskunlaşdırmaq nəzərdə tutulub.
 
Əhali arasında da belə sual yaranıb ki, bu 50 ailə kimlər olacaq?! Bizə orada daimi yaşayacaq adamlar lazımdır. Yoxsa, gəlib məskunlaşıb evi sənədləşdirib, sonra çıxıb gedənlər lazım deyil. Qanunla daimi olaraq könüllü şəkildə kim Cocuq Mərcanlı kəndində yaşamaq istəyirsə, o adamlara ev veriləcək. Bu da çox müsbət qarşılanıb.
 
Cocuq Mərcanlı kəndində doğulub boya-başa çatmışam. Məktəbə də o kənddə getmişəm. Atam-anam o kənddəndir. Kənar yerdən deyil.
 
Lələ təpə yüksəkliyi erməni işğalında olanda da Cocuq Mərcanlı kəndinə gedib baş çəkirdim. Lələ təpə işğaldan azad olunandan sonra indi orada yaşamağa heç bir təhlükə yoxdur.
 
Prezidentin fərmanından sonra böyük məmuniyyətlə gedib orada yaşayacağıq. Ailəm və mən başda olmaqla, gedib kənddə məskunlaşacağıq. Düzdür, oralar dağılıb. Amma hər şey dövlətimiz tərəfindən bərpa olunacaq. İnanın, insanlar hədsiz dərəcədə sevinirlər. Gənc, yaşlı insanlar lap çox sevinirlər. Nə etsinlər, Azərbaycanın 21 rayonunda məskunlaşıblar.
 
Hamısı, dünəndən bəri zəng edirlər. Cocuq Mərcanlının sakinləri hər zaman təsərrüfatla məşğul olublar. Bilirlər ki, məskunlaşsalar, yenidən təsərrüfatı dirçəldəcəklər. Cocuq Mərcanlı kəndinin sakinləri prezidentin dünənki sərəncamını ikiəlli alqışlayılrlar”. 

 

 

Qeyd etdiyimiz kimi, 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən və hələ ki buranın yeganə sakini olan Oqtay Nəbiyev də prezidentin sərəncamına sevinənlərdir.
 
“Prezidentin sərəncamını oxuyandan sonra çox sevindik. Çünki burada yaşamaq çox çətindir.  Hər yer dağılıb. 24 il bundan əvvəl işğal olunmuş Cocuq Mərcanlı kəndinin yenidən bərpa olunması ilə bağlı cənab prezidentin sərəncamı alqışlanmalıdır. Cənab İlham Əliyevə çox böyük sevgilə minnətdarlıq edirik. Mənfur düşmənlər Cocuq Mərcanlıda daşı-daş üstə qoymayıblar. Nə yaxşı ki, ermənilərin məhv etdiyi kəndin yenidən abadlaşması üçün belə bir sərəncam verildi.
 
Hər kəs bu kənddən çıxıb gedəndən sonra bu kənddə yaşamağa davam edən yeganə sakinəm. Bu kəndin qazının, işığının, suyunun təmin olunmasını həyata keçirmişəm. Bu illər ərzində bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm. Təbii ki, çətinliklərimiz çox olub. Burada bir nəfər də olsun ailə olmayıb. Bir tərəfdə düşmən, digər tərəf zülmət. Təsəvvür edin, burada yaşamaq necə olub. Amma, ailəmlə bir-birimizə dəstək olmuşuq. Uşaqlarımın təhsil alması üçün  hər gün onları qonşu kənddə yerləşən məktəbə aparıb-gətirmişəm.
 
Bu illər ərzində ailəmi təsərrüfatla dolandırmışam. Əl-ələ verib heyvandarlıqla, taxılçılıqla məşğul olmuşuq. Maddi durumumuzu təsərrüfatla təmin etmişik”.
 
 
 
 
 
 
 
 
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
Hamısı