Fevral ayının 1-dən etibarən "ASAN qatar" vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstəriləcək.
Bunu "ASAN Xidmətin" mətbuat xidmətinin rəhbəri Anar Hüseynov deyib.
O, bildirib ki, xidmətlər 4 dövlət orqanı ( Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunacaq.
Qeyd olunub ki, səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.