QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyəti haqqında hesabat verdi FOTOLAR

Cəmiyyət 12:07 28.01.2017
Şura 2016-cı ildəki fəaliyyətinə dair hesabat konfransı keçirib
 
Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev şəffaflıq və hesabatlılığın rəhbərlik etdiyi qurumun ən vacib prinsiplərindən olduğunu vurğulayıb: “Şura kollegial orqan olaraq bu gün 2016-cı ildəki fəaliyyətinə dair ictimaiyyət qarşısında geniş hesabatla çıxış edir. Ötən il Şura QHT-lərin 556 layihəsinin maliyyələşdirilməsinə 5 369 535 manat vəsait ayırıb. Bu layihələrin icrasına 2018 nəfər işçi cəlb olunub. 45 televiziya verilişi, 29 sosial çarx, 25 film çəkilib, 23 sayt yaradılıb. Maliyyələşən layihələr üzrə ölkənin 54 şəhər və rayonlarında müxtəlif tədbirlər həyata keçirilib”.
 
Azay Quliyev ötən il Şuranın həyatındakı mühüm hadisələrdən biri kimi qurumun üzvlüyünə ixtisaslaşmış 8 QHT qrupunda keçirilən seçkilərdə iştirak edən 43 namizəddən 24 nəfərin qalib olduğunu bildirib.
 
Azay Quliyev 2016-cı ildə QHT sektorunun üzləşdiyi problemlərin həlli istiqamətində Şuranın yaratdığı institusional mexanizmlərin effektiv fəaliyyət göstərdiyini deyib: “Bildiyiniz kimi 2015-ci ildən Şura yanında Hüquq və Monitorinq Komissiyası fəaliyyət göstərir. 9 sentyabr 2016-cı ildə isə Şuranın təşkilatçılığı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. İlk dəfə olaraq bu Platformada hakimiyyətin hər üç qolunun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təmsil olunur. QHT-hökumət tərəfdaşlığının inkişafı istiqamətində atılan bu mühüm addımlar nəticəsində indiyədək 9 QHT-nin bank hesablarından həbs götürülüb, 8 QHT-yə qarşı tətbiq olunmuş vergi sanksiyaları ləğv edilib, 1 QHT haqqında başlanmış cinayət işi dayandırlıb, 33 QHT-nin xarici donor hesabına maliyyələşən 32-dən çox qrant müqaviləsi qeydə alınıb, qeydiyyatı yubanan 15 QHT-nin dövlət qeydiyyatı problemi həll edilib. Bu müsbət tendensiya hazırda da davam etməkdədir. ”.
 
Şura sədri qeyd edib ki, Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında cənab prezident İlham Əliyevin 21 oktyabr 2016-cı ildə imzaladığı fərmanında bu sahə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra ciddi və əhəmiyyətli dəyişikliklər əksini tapıb. Azay Quliyev QHT-lərin fəaliyyət imkanlarının stimullaşdırılması baxımından böyük önəm kəsb edən bu fərmana görə QHT sektoru adından cənab prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
 
Bu dəyişikliklərdə hökumət-QHT dialoqunun ən effektiv modeli olan “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın səyləri nəticəsində verilmiş təkliflərin bir çoxu nəzərə alınıb.
Azay Quliyev həmçinin Şura Katibliyi ilə QHT-lər arasında təmasın minimuma endirilməsi üçün təsviri və maliyyə hesabatlarının razılaşdırılmasının və qəbulunun tam şəkildə elektron qaydada aparılmasına başlandığını da deyib.
 
Şura sədri rəhbərlik etdiyi qurumun tətbiq etdiyi yeniliklərdən danışaraq qeyd edib ki, QHT-lərin ərizə, təklif və şikayətlərinin qəbulu üçün yeni xidmət (daxili nəzarət və qiymətləndirmə) və çağrı mərkəzinin yaradıldığını da vurğulayıb.
Şura sədri dövlət büdcəsindən 2017-ci ildə Şuraya ayrılan vəsaitin ötən ilə nisbətən 1 600 000 manat azalmasının müəyyən çətinlik yarada biləcəyini qeyd edərək QHT-ləri daha innovativ və səmərli fəaliyyətə çağırıb.
 
Azay Quliyev qrant layihələri ilə bağlı QHT-lər arasında şəbəkələşmənin və sövdələşmələrin aşkarlanması üçün də ciddi araşdırmaların başlandığını deyib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ildə QHT-lərə dövlət dəstəyinin istiqamətlərinə uyğun olaraq görülən işlər, Şuranın həyata keçirdiyi tədbir və müsabiqələr, dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən işlər, layihələrin idarə olunması və monitorinqlərin təşkili, beynəlxalq əlaqələr, çap məhsulları, elektron resurslar, monitorinqlər zamanı aşkarlanan problemlər və onların həlli istiqamətində atılmış addımlar, layihələr üzrə ən yaxşı nümunələr və yeni hədəflər barədə geniş məruzə ilə çıxış edib. Fərasət Qurbanov Şura Katibliyinin icra olunan layihələrin 326-sını yaxşı, 80-ni əla, 75-ni kafi, 12-sini isə qeyri-kafi qiymətləndirdiyini deyib.
Daha sonra 2016-cı ildə layihələrin icrasını ən yüksək səviyyədə həyata keçirmiş “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacəmi Atakişiyev, “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin sədri Kamal Məmmədov, “EL-1” İdman Klubu İctimai Birliyi Elçin Çobanzadə, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin rəhbəri Ramiz Əliyev, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifovaya Şura sədri Azay Quliyev tərəfindən mükafatlar təqdim olunub.
 
Konfransda ABŞ, Niderland, Almaniya, Polşa, Türkiyə, Rusiya, Belçika, İsveçrə səfirliyinin, həmçinin Avropa İttifaqı və BMT-nin Azərbaycandakı ofislərinin nümayəndələri də iştirak edib.
 
Hesabat ətrafında çıxış edən QHT rəhbərləri Rauf Zeyni, Şəlalə Həsənova Təhmasib Novruzov, Niyaməddin Orduxanlı, Radə Abbas, Ramin Hacılı və digər şəxslər Şuranın 2016-cı ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı