Yanvarın 29-u, axşam saatlarında Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib.
İnsident dövlət sirrinin mühafizəsi Departamentinın binası qarşısında qeydə alınıb.
Məlumata görə, Təhlükəsizlik Xidmətinin əməkdaşı özünə odlu silahla atəş açaraq intihar edib. Onun adı açıqlanmır.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.