Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarının sayı 5 nəfərə çatıb.
Bu barədə Trend-ə İğdır Səhiyyə İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində 28 nəfər xəsarət alıb ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır.
* * *
İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.
Türkiyə mətbuatı xəbər verir ki, qəza Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib.
Qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və jandarm sövq edilib. İğdır Valisi Əhməd Turgay Qəhrəman hadisə yerinə gəlib.
Hazırda qəza nəticəsində nəqliyyat vasitələrində sıxılıb qalan yaralıların azad olunması istiqamətində işlər aparılır. Qəzaya səbəb yolun dumanlı olması göstərilir.
Azərbaycanın Qarsdakı Baş konsulluğundan verilən məlumata görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.