ADA universitetində “Atəşkəs” sənədli filminə baxış keçirilib

Cəmiyyət 17:30 24.02.2017
Azərbaycan tarixinin qanlı səhifəsi – Xocalı soyqırımının ildönümü ərəfəsində ADA universitetində “Atəşkəs” sənədli filminə baxış keçirilib. Filmi izləyənlər arasında ADA universitetinin rektoru, professor Hafiz Paşayevlə yanaşı universitetin yerli və xarici tələbələri, o cümlədən müəllim heyəti olub.
 
“Atəşkəs” sənədli filmi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən birgə istehsal olunub. Film təqdim olunmamışdan əvvəl Xocalı qurbanları və Dağlıq Qarabağ münaqişəsi nəticəsində şəhid olan vətəndaşlarımız bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən BAMF sədri Umud Mirzəyev bildirib ki, sənədli film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər , Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi , o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb.
 
Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini , leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb. Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı öz əksini tapıb. Filmdə işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlıların həyat tərzi, Şuşada keçirilən toy mərasimindən ilk dəfə olaraq unikal kadrlar da istifadə olunub. Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır. Film Macar Turan Fondunun sədri Andras Bironun senarisi əsasında çəkilib.
 
Filmin 2 il ərzində Azərbaycanda baş tutan çəkilişləri, şahidlərdən müsahibələrin alınması , tarixi və mədəni ərazilərimizin video görüntülərinin çəkilməsi, arxiv materiallarının toplanması , cəbhə xəttində təhlükəli sayıla biləcək çəkilişlərin aparılması bilavasitə Beynəlxalq Avrasiya Mətbuat Fondu və onun əməkdaşlarının birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Filmin əsas məqsədi Erməni qəsbkarlarının Azərbaycanlılara qarşı törətdiyi amansız cinayətlərin və əməllərin Macarıstanın timsalında bütün Avropa ölkələrinə düzgün formada çatdırılması , Azərbaycanın bu məsələ də haqlı mövqeyinin dünya ölkələrində təbliğidir. 
 
Filmə baxış bitəndən sonra söz alan ADA universitetinin prorektoru Fariz İsmayılzadə filmin ərsəyə gəlməsində müstəsna rolu olan BAMF kollektivinə təşəkkürünü bildirib. O, Qarabağ münaqişəsinin həqiqətlərinin avropalı tamaşaçıya çatdırılmasında bu filmin müstəsna rol oynadığını və bundan sonra da oynayacağını vurğulayıb.
 
 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı