Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V Hesabat seçki yığıncağı keçirilib.
MPK-dan verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan tədbirdə qurumun rəhbərliyinə yeni seçkilər baş tutub.
Səsverməyə əsasən İlqar Rəhimov MPK prezidenti kimi işini davam etdirəcək. O, növbəti 4 ildə də bu vəzifədə çalışacaq. Natiq Qasımov komitənin birinci vitse-prezidenti, İlham Zəkiyev vitse prezident, Şaiq Həmidov isə baş katib seçiliblər.
Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri də müəyyənləşib.