BAMF prezidenti BMT-nin Cenevrədəki qərargahında Ermənistan-Azərbaycan Sülh Platformasını təqdim edib

Cəmiyyət 16:29 13.03.2017
Martın 10-da BMT-nin Cenevrədəki qərargahında BAMF-ın təşkilatçılığı ilə münaqişədən əziyyət çəkən uşaqlarla bağlı beynəlxalq müzakirələr zamanı Ermənistan-Azərbaycan Sülh Platforması təqdim olunub.
 
Çox sayda  ictimai xadim, BMT ekspertləri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri, BMT agentliklərinin təmsilçiləri, səfirlər iştirak etdiyi tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev Platformanın Cənubi Qafqaz Regionunda davamlı sülhün əldə olunmasında oynayacağı rol barədə danışıb və tədbirdə iştirak edən beynəlxalq təşkilatları bu Platformaya qoşulmağa dəvət edib.
 
O, rəhbərlik etdiyi təşkilatın da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğunu xatırladaraq, bu təşəbbüsün yaranması və platformanın qarşıya qoyduğu məqsədlərdən danışıb.
 
U.Mirzəyev bildirib ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan xalqlarının münaqişəsi deyil, bu dünyanın bir sıra maraqlı qüvvələrinin bu regionda sülhün qarşısını almaq üçün yaratdığı bir münaqişədir. Ona görə də hər iki xalqın nümayəndələrinin birlikdə görüşüb , regiona sülh gəlməsi üçün birgə fəaliyyət göstərməsinə ehtiyac var. Bu təşəbbüsün məqsədi hər iki ölkədə vətəndaş cəmiyyətinin sülh prosesinə cəlb olunması, Dağlıq Qarabağ münaqişəsinin gələcək nəsillərə ötürülməməsi və hər iki xalq arasında sülh və dinc birgəyaşayışın yollarını tapmaqdan ibarətdir. Həmçinin io, vurğulayıb ki, sülh prosesində yalnız iki xalqın iştirakı yetərli deyil, bu sülhün həqiqətən də bərqərar olmasını istəyən dövlətlər əməli şəkildə bu prosesi dəstəkləməlidirlər. Bu prosesdə, həmçinin beynəlxalq təşkilatlar və hər iki ölkənin diasporu vətəndaş cəmiyyətlərinin yaxınlaşması üçün səy göstərməlidirlər. Bu Platformanın üzvləri Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, münaqişənin həlli üçün BMT-nin müvafiq qətnamələri və Avropa Şurasının 1416 saylı qətnaməsinin icra edilməli olduğunu bəyan ediblər. Cənab Mirzəyev regionda sülhün bərqərar olması üçün işğal olunmuş torpaqların azad edilməsinin, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasının vacib şərt olduğunu bildirib.
 
Daha sonra o, Ermənistan-Azərbaycan Sülh Platformasına beynəlxalq təşkilatların münasibəti və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd edib ki, platformanın təqdimatı və sülh prosesinə dəstək göstərənlərin sıralarını genişləndirmək, yeni fikir və impulsların qazanılması üçün yaxın gələcəkdə digər böyük siyasi müzakirə meydanlarında da təqdimatlar, görüş və toplantılar keçiriləcək.
 
Daha sonra BAMF sədri Cenevrənin mərkəzindəki dünyanın aparıcı xristian kilsələrinin, iri şirkətlərinin nümayəndəliklərinin fəaliyyət göstərdiyi mərkəzə baş çəkib. Burada dünyanın bir çox ölkələrində sülh quruculuğu və dayaqıqlı maliyyə imkanlarının formalaşdırılması istiqamətində çalışan, sosial sahibkarlıq müəssisələrinin yaradılması strategiyası üzrə ixtisaslaşan Coopérative SEEDS Investments şirkətinin prezidenti Karl –Qustav Bjertneslə (Carl-Gustav Bjertnes) görüşüb. Bu görüşdə də Ermənistan-Azərbaycan Sülh Platforması barəsində danışılıb və Karl –Qustav Bjertnesə platformanın ideya və prinsiplərinin yazıldığı buklet təqdim olunub. Platformanın əhəmiyyəti barədə məlumat verən BAMF sədri Umud Mirzəyev  Coopérative SEEDS Investments şirkətinin prezidenti Karl –Qustav Bjertnesi də platformaya qoşulmağa dəvət edib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı