Türkiyənin jurnalist təşkilatları rəhbərləri ön cəbhədə olub və şəhid ailələrini ziyarət ediblər

Cəmiyyət 13:40 22.03.2017

Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçiləri Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü sözü ilə...” adlı layihə çərçivəsində Azərbaycanın ön cəbhə bölgəsi olan Tovuzda və Gəncədə səfərdə olublar. Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara rayon haqqında geniş məlumat vermişlər. Qonaqlar “Qala” kompleksində Azərbaycanın müxtəlif dövrlərdə ərazi bütövlüyünü, azaldığını əks etdirən xəritə ilə tanış olmuşlar. Qardaş ölkədən gəlmiş jurnalistlərə Tovuz qalası, ümumiyyətlə Azərbaycanın tarixi barədə geniş məlumat verilmişdir. Sonra jurnalistlər Tovuz rayonun şəhidlər xiyabanını ziyarət edib, ruhlarına dualar oxuyublar. Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəlmişlər. Burada türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olmuşlar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Qonaqlar kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlandılar. Millət vəkili Qənirə Paşayeva Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğuladı. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi bir daha işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır. Onun sözlərinə görə, Türkiyədən olan media təmsilçilərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyənin jurnalist təşkilatlarının rəhbərləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləmişdir. Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə jurnalistlərinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirmişdir. Türkiyəli jurnalistlər burada gördüklərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışacaqlarını demişlər. Millət vəkili Q.Paşayeva qonaqlarla birgə Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valdeynləri ilə görüşdülər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür etdi. Millət vəkili Qənirə Paşayeva bildirdi ki, Naiq Yusifovun, eləcə də digər şəhid qardaşlarımızın vətənə sevgisi, onun uğrunda şəhid olması gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Türkiyə Antalya Qəzetçilər Cəmiyyəti, Akdəniz Qəzetçilər Federasiyasının başqanı Mevlut Yeni bildirdi ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. O, “Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq etdi. Daha sonra qonaqlar Tovuz rayonunun Yanıqlı kəndindən olan şəhid Elvin Əhmədovun ailəsini ziyarət etdilər. Millət vəkili Qənirə Paşayeva şəhidin ailəsinə başsağlığı verərək şəhidlərin heç vaxt ölmədiklərini, sadəcə cismani olaraq aramızdan ayrıldıqlarını vurğuladı. O bildirdi ki, torpağımızın keşiyində dayanan igid oğullarımızın qəhrəmanlığı gənc nəsil üçün örnəkdir. Daha sonra qonaqlar Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun ailəsinə baş çəkdilər. Şəhidin valideynləri oğullarının vətən uğrunda canını fəda etdiyini bildirdi və Vətən sağ olsun deyiblər. Vətənin bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhuna dualar oxundu.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı