"Jurnalistlərə tövsiyə edirk ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar" - Əflatun Amaşov | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


"Jurnalistlərə tövsiyə edirk ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar" - Əflatun Amaşov

Cəmiyyət A- A A+
Son zamanlar mediada  intiharlarla bağlı çox saylı yazılar gedir.
 
Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
 
O qeyd edib ki, belə cür xəbərlərə həssas yanaşmaq lazımdır: “Bu qanunvericilikdə də təsdiqlənir. Hətta son dövrlərdə parlamentdə internet saytları ilə bağlı qəbul olunan qanunda da birmənalı olaraq qeyd edilib ki, cəmiyyəti təşvişə salacaq neqativ hallarla bağlı yazıları vermək düzgün deyil”.
 
Əflatun Amaşov vurğulayıb ki, elə bir şərait yarana bilər ki, hər hansı bir insan intihar barədə düşünər: “Belə hallarda televiziyada, qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə bu cür xəbərlər gördükdə həmin insanda intihara cəhd hissi güclənə bilər. Təbii ki, hər kəs problemdən çıxış yolunu gördüyü, eşitdiyi informasiya əsasında axtarır. Əlbəttə ki, bu cür ehtiyyatsiz məlumatlar da insanları intihara aparıb çıxıarır.
 
Azərbaycan Mətbuat Şurası olaraq media nümayəndələrinə tövsiyə edirk ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar, soyuqanlı yanaşsınlar. Hadisə baş verirsə, təbii ki, bu cəmiyyətə çatdırılmalıdır. Ancaq çatdırılma formasını seçərkən kifayyət qədər ehtiyatlı olmaq lazımdır”. (salamnews)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...