Aprelin 4-də Fransanın Azərbaycandakı səfirinin iqamətgahında “Frankofoniya ayı” ilə əlaqədər mətbuat konfransı keçirilib.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez jurnalistlərə Frankafoniya ayında görüləcək tədbirlər barədə açıqlama verib.
Xanım Buşez açıqlamasında təşkil ediləcək tədbirlərdə dünyaca məşhur olan Fransa mətbəxinə xüsusi yer ayrılacağını deyib.
Orelia Buşez həmçinin Frankafoniya ayı çərçivəsində aprelin 1-i Azərbaycan, Fransa və Yunanıstan müsiqiçilərinin birgə iştirak etdiyi konserti təşkil etdiyinə görə Beynəlxalq Avrasiya Mətbuat Fonduna xüsusi minnətdarlığını bildirib.