Bakının mərkəzində qumbara tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Ü.Hacıbəyov küçəsində sellofan torbaya bükülmüş 4 ədəd qumbara və 3 ədəd qumbara alışdırıcısı tapılaraq aidiyyəti üzrə rayon Polis İdarəsinə təhvil verilib.(apa)