Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib.
Bu gün QMİ-nin Qazilər Şurasının iclası keçirilib. İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.
Bu il Azərbaycanda miladi təqvimlə 27 may, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı) isə iyunun 26-na təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq.