“Belə uşaqlar gələcəkdə cani olur...” Valideynlər, mütləq oxuyun

Cəmiyyət 12:56 10.08.2017

Kompüter oyunları bütün dünyada  hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb. Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi? Ailem.az psixoloqla hər bir valideyni narahat edən bu suallara aydınlıq gətirməyə çalışıb.

Psixoloq Narınc Rüstəmova Ailem.az-a bildirdi ki, günümüzdə kompüter artıq baryer rolunu oynayır: “Gedilən hər yerdə valideyn daha rahat oturmaq üçün uşağı daha az qaçsın, tərləsin deyə özü maraqlı olur və uşağını kompüter qarşısında əyləşdirir. Həmin video oyunları arasında uşaqlar xüsusilə şiddətə meylli oyunlara daha çox maraq göstərirlər. Bu isə onlara birmənalı olaraq çox pis təsir göstərir. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu cür uşaqlar daxili qorxusu olan uşaqlardır. Həmin qorxularını kompensasiya etmək üçün uşaq nədə əskiklik yaşayırsa, onu tamamlamağa başlayır. Məsələn, özü şiddət görən uşaq, qarşısındakına qarşılıq verə bilmir və şiddətə meylli oyunlar oynayaraq, içərisindəki aqressiyanı söndürməyə çalışır. O, tamamilə kompüter oyunlarına yönəlir. Bu oyunlarda kimisə vurur, döyür, təpikləyir, şiddət göstərir və öz hisslərini kompensasiya edir”.

N.Rüstəmova deyir ki, bu oyunları oynamaqla uşaqlar gələcəkdə müəyyən fəsadlarla üzləşə bilərlər: “Məsələn, hansısa uşaq canlı formada xarici ölkədə yaşayan biri ilə kompüter oyunu oynayır, onunla yazışır. Axı biz bilmirik ki, həmin o şəxs necə biridir, davranışları, psixologiyası necədir? Bax, bu amillər irəlidə uşağa fəsadlar verə bilər. Həmçinin onun sosial sferası pozulur və problemlər yaşayır, antisosial uşaqlara çevrilirlər. Uşaq kompüterdə həmin oyunlara sərf etdiyi vaxt ərzində dərslərindən, dostları ilə münasibətdən uzaqlaşır. Hansı ki, həmin vaxtı o, daha səmərəli istifadə edərək saydığımız məşğuliyyətləri həyata keçirərlər ki, bu, onlar üçün daha faydalıdır”.

Psixoloq vurğuladı ki, kompüter oyunlarına ağır formalı asılılıqlarda elə uşaqlar var ki, gecə saat 4-ə, 5-ə kimi bu cür aqressiv oyunlara maraq göstərirlər. Bununla əlaqədar olaraq yuxu pozulma halları da uşaqda narahatlıq yaradan səbəblərdəndir: “Xüsusi oyunlar var ki, hansısa bir evi soyur, öldürür, şiddət göstərir, oğurluq edir. Bu da düzgün nümunə deyil və bərabərində uşağa şiddət göstərməyin yollarını təbliğ edir. Hətta uşaqlar bu sayədə məsələn, silahların, bıçaqların növlərinə qədər öyrənirlər. Bu da gələcəyin loru dildə desək, canisini yetişdirir. Həmin uşaqlar yetişkənlik dövründə öz yaşıdlarına şiddət göstərməyə başlayır. Hətta kiçik vaxtı valideynləri tərəfindən şiddət görübsə, 12-13- yaşdan sonra onlara da şiddət göstərməyə başlayırlar”.

O qeyd etdi ki, bu oyunlara adi şiddət tərkibli bir oyun kimi baxıb keçmək olmaz: “Valideynlər uşaqlarını maksimum dərəcədə kompüter oyunlarından istifadəsini azaldıb asudə vaxtlarını yaşıdları ilə təmas qura biləcəyi idman növləri ilə məşğul etməyə yönəltməlidirlər. Belə olarsa, onun bu tərkibli oyunlar oynamağa vaxtı qalmaz. Amma gündəlik norma olaraq uşaqlar kompüterdən istifadə edə bilərlər. Bunun üçün xüsusi ailə proqramları var. Mən özüm də ailəmdə həmin proqramlardan istifadə edirəm. Uşaqlar orada nə pornoqrafik saytlara girə, nə şiddət meylli oyunlar oynaya bilərlər. 5-3 manat artıq veririk, amma uşaqlarımızı bu cür zərərli asılılıqlardan qoruyuruq”.

N.Rüstəmova qeyd edib ki, 3 yaşına qədər uşaqlar ümumiyyətlə, elektron cihazlardan uzaq tutulmalıdır. Çünki bu, onların psixologiyasına çox pis təsir göstərir. 3 yaşdan sonra uşaqlar 20 dəqiqə, 6 yaşda 40 dəqiqə, 9 yaşdan sonra isə saat yarıma qədər istifadə edə bilərlər. Amma bu saat yarım birbaşa istifadə edilməməlidir. Məsələn, bu zamanı günə bölərək, yarım saatlıq müddətlərdə istifadə etmək lazımdır: “aValideynlər qeyd edilən bu normativləri qorusalar, uşaqların kompüterdən istifadəsi ilə bağlı heç bir problem yaşamazlar”.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Hamısı