Gəncə dəmiryolu stansiyasının relslərini oğurlayan şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, rels altlığını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Samir Ələkbərov tutulub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, S.Ələkbərov avqustun 9-da Gəncə dəmiryolu stansiyası ərazisindən 35 ədəd rels altlığını oğurlayıb.