15-21 avqust 2017-ci il tarixlərində olan müddətdə Ukraynanın Sumı vilayətində səmti müəyyənetmə idman növü üzrə idman-təlim düşərgəsi keçiriləcəkdir. Həmin düşərgədə ilk dəfə olaraq Süleyman Əliyev, Arzu Eyvazova, Gennadiy Klim, Sevda Verdiyeva, Vladislav Tuzov və Anastasiya Lyalyakina tərkibli azərbaycanlı idmançılardan ibarət qrup iştirak edəcək. İdman düşərgəsi Ukraynanın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Səmti Müəyyən Etmə Federasiyası (SMEF) arasında əməkdaşlıq haqqında razılaşmalara əsasən keçirilir.
Qeyd edilən toplanış Ukraynanın Sumı vilayətinin Qubernatoru Nikolay Kloçkonun rəhbərliyi altında keçirilir. Azərbaycanlı idmançılar üçün təlimlərin keçirilməsini Ukraynanın Sumı vilayətinin SME mütəxəssisləri, o cümlədən sayəsində son beş il ərzində Azərbaycanın müxtəlif regionlarında bütün beynəlxalq tələblərə cavab verən 13 idman xəritəsinin hazırlandığı, Azərbaycanda yaxşı tanınan beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç təmin edir.
Ukraynada azərbaycanlı idmançılar üçün düşərgənin təşkili üzrə bütün xərcləri Sumı vilayət dövlət administrasiyası və Azərbaycan Respublikasının Xarkov ş. Fəxri konsulu Əfqan Salmanov öz üzərinə götürmüşdür.
Toplanış proqramı iki tərkib hissəni nəzərdə tutur: 1 – idmançılara müxtəlif meşəlik ərazilərində səmti müəyyənetmə üzrə bilik və bacarıqların öyrədilməsi üçün Ukraynanın səmti müəyyənetmə məşqçiləri tərəfindən məşqlərin keçirilməsi; 2 – 18-20 avqust 2017-ci il tarixində olan müddətdə Sumı vilayətinin müxtəlif meşə massivlərində keçiriləcək səmti müəyyənetmə üzrə Sumı vilayətinin açıq Çempionatında azərbaycanlı idmançıların iştirakı.
Bundan əlavə, Sumı VDA tərəfindən azərbaycanlı idmançılar üçün Sumı şəhərinin diqqətəlayiq yerləri, eləcə də Sumı, və ümumilikdə Ukrayna xalqının tarixi və ənənələri ilə tanışlıq üzrə mədəni proqram hazırlanmışdır.
Ukraynanın Azərbaycandakı Səfiri A.Mişenko və Azərbaycanın SME Federasiyasının Prezidenti M.Kazımov Sumı ş. yay düşərgəsinin üzvləri olan azərbaycanlı idmançı qrupu ilə görüş zamanı.
Ukrayna yay idman-təlim düşərgəsi çərçivələrində səmti müəyyənetmə idman növü üzrə Azərbaycan idmançılarını qəbul edir.
DİGƏR XƏBƏRLƏR
HamısıGünün xəbərləri