​«Front Line Defenders»in icraçı direktoru BAMF​ prezidentin​in müraciətinə cavab verdi

Cəmiyyət 15:06 15.08.2017

«Front Line Defenders»  təşkilatının icraçı direktoru Endryu Anderson Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə cavab verib.

Dünən BAMF prezidenti, 2001-ci ildə Dublində risk qrupuna daxil olan insan hüquqları müdafiəçilərini qorumaq məqsədilə yaradılmış «Front Line Defenders»  təşkilatının icraçı direktoru Endryu Andersona məktubla müraciət etmişdir.

Məktubda o, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə danışmışdır. Bununla yanaşı, məktubda bu münaqişənin nəticəsi olaraq Azərbaycan torpaqlarının, Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla, 20%-inin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması qeyd edilmişdir.O, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətini izah etdi və 25 ildən çox evlərinə qayıda bilməyən bu insanların hüquqlarının qorunmasına daha çox diqqət yetirməyə çağırdı. Səkkizinci şəxsin qaçqın və ya məcburi köçkün olduğu bir ölkədə insan hüquqları müdafiəçiləri ilk növbədə bu insanların hüquqları barədə danışmalıdırlar.

Müraciətin tam versiyasına aşağıdakı linkdə baxıla bilər:

http://eurasiadiary.com/az/news/society/176622-bamf-prezidenti-front-line-defendersin-icraci-direktoruna-muraciet-edib

Bu məktuba cavab olaraq, Endryu Anderson beynəlxalq insan hüquqları təşkilatlarının həqiqətən də münaqişə və məcburi köçkünlərin hüquqlarının qorunmasına kifayət qədər diqqət yetirmədikləri barəsində Umud Mirzəyevlə razılaşdığını bildirdi. O, bu məsələnin vacibliyini vurğuladı və Dağlıq Qarabağ münaqişəsini daha yaxşı başa düşmək üçün Azərbaycana səfər etmək arzusunu bildirdi.

"Hörmətli Umud,

Məktubunuz üçün təşəkkürlər. Sizinlə Qətərdə görüşmək və Azərbaycan haqqında bir az ətraflı məlumat almaq çox xoş idi.

Danışdığımız kimi, beynəlxalq insan hüquqları təşkilatlarının həqiqətən də münaqişə və köçkünlərin hüquqlarına kifayət qədər diqqət yetirmədikləri barəsində sizinlə razılaşıram. Bu məsələni vurğulamağınız yaxşıdır.

«Front Line Defenders», daha geniş insan hüquqları məsələləri yerinə, yerli və milli səviyyədə çalışan insan hüquqları müdafiəçilərinin vəziyyətinə diqqət yetirir.Əgər insan hüquqları müdafiəçilərinin məcburi köçkünlərin hüquqları uğrunda işləməklərinə hansısa bir maneənin mövcud olması ilə bağlı təklif olsaydı, biz bu məsələnin qeydinə qalardıq. Mən bu vəziyyətin beynəlxalq miqyasda daha çox diqqətə ehtiyacı olduğu ilə razılaşsam da, bizim məcburi köçkünlərin vəziyyətini öz üzərimizə götürmək üçün imkanımız və təcrübəmiz yoxdur.

Fərqli insan hüquqları müdafiəçiləri müxtəlif məsələlərdə çalışırlar. Müəyyən bir məsələni diqqətə almaq daha təsirli ola bilər.Birləşmə və ifadə azadlığı hüquqlarına hörmət edilməsi üçün önəmli olan insan hüquqları müdafiəçiləri sərbəst fəaliyyət göstərə bilmələridir. Bu şərtlərdə kimin nə mövzuda işləməsi və  prioritetlər haqqında açıq bir müzakirə ola bilər. Anlayacaqsınız ki, insan hüquqları müdafiəçiləri bir çox ölkələrdə siyasiləşdirilməkdə ittiham olunurlar, lakin adətən bu hakimiyyət orqanları tərəfindən qanuni tənqidi aradan götürmək üçün bir strategiyadır. Və həqiqətən məşhur olmayan mövzular üçün dincliklə müdafiə etmək hüququ da vacibdir.

Mən, Azərbaycana gəlmək, insan hüquqları müdafiəçiləri və başqaları ilə görüşmək imkanı əldə etmək istərdim. Gəlsəm, əlbəttə ki, sizinlə əlaqə saxlayacağam, çünki mən şəxsən Qarabağın vəziyyətini yaxşı başa düşmək istərdim.

Xoş arzularımla,

Endryu”

Qeyd edək ki, Endryu Anderson 2016-cı ilin noyabr ayında «Front Line Defenders»in ikinci icraçı direktoru olmuşdur. Daha əvvəl 2003-cü ilin mart ayından etibarən direktor müavini vəzifəsində çalışmışdır. «Front Line Defenders»ə qoşulmadan əvvəl Endryu on üç il “Amnesty International”ın  Beynəlxalq Katibliyində Kampaniya və Böhranlara Cavab proqramı və sonradan Afrika proqramının direktoru kimi işləmişdir. Endryu York Universitetində Tətbiqi İnsan Hüquqları Mərkəzinin Məsləhət Şurasının və Taktik Texnologiya Kollektivi Qəyyumlar Şurasının (https://tacticaltech.org/) üzvü olub və Böyük Britaniyada Sudan Sosial İnkişaf Təşkilatının Qəyyumlar Şurasında (http://www.sudouk.org/) xidmətinə davam edir. O, Aİ İnsan Hüquqları Müdafiəçilərinin Mexanizminin İdarə Heyətində «Front Line Defenders»i təmsil edir.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Hamısı