Ayaz Mütəllibov Qərbi Azərbaycanlıların Qarabağa yerləşdirilməsinin günahını Qorbaçovun üstünə atdı

Cəmiyyət 16:40 15.08.2017
Tarixdən azərbaycanlıların  bir neçə dəfə Ermənistandan  deportasiya olunduğunu bilirik.
 
1905-1907, 1918-1920, 1948-1953-cü il.  Sonuncu deportasiya isə 1988-ci ildə olub. Bu dəfə azərbaycanlıların deportasiya olunması həm də növbəti işğal planının tərkib hissəsi idi.  Təəssüf hissi ilə deyə bilərik ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasını beynəlxalq aləmə çıxara bilməmişik.
 
Əslən Qərbi Azərbaycandan olan deputat Musa Quliyev deyib ki, deportasiya məsələsində ən böyük səhvimiz olub.
 
"O vaxt ən böyük səhv, deportasiya olunan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi oldu. SSRİ dağılana qədər o insanların ata- baba yurdlarına qayıtmaq ümidi olsa da, sonrakı proseslər bu imkanı heçə endirdi. Sonra bu insanlara Azərbaycan vətəndaşlığı verildi ki, fikrimcə bu doğru addım idi”.
 
Eks- prezident Ayaz Mütəllibov deputatın fikirlərinə cavab verib. Onun sözlərinə görə, o zamankı SSRİ hakimiyyəti planlar üzərində iş görürdü.
 
“SSRİ Nazirlər Sovetinin qərarı idi. Ermənilər isə həmişə Dağlıq Qarabağda azərbaycanlıların sayının artmamasına çalışıblar. Çünki belə olmasaydı ermənilər Dağlıq Qarabağda azlıq təşkil edərdilər. Bununla da onların Qarabağ ətrafında apardıqları siyasət buxovlanmış olardı. Mərkəzdən bizə icazə vermirdilər ki, deportasiya olunan insanlarımızı Dağlıq Qarabağa yerləşdirək. Bu mümkün olan şey deyildi. Hansısa birimiz bu cür məsələlərdə kəskin fikir bildirəndə dərhal adımızı “millətçi” qoyurdular. Neçə-neçə yüksək postda qərarlaşan insanlarımızın aqibəti bəllidir”.
Eks-prezident deyir ki, 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan insanlara görə o zamankı rəhbərliklə üz-üzə də gəlib.
 
“1988-ci ildə Qərbi azərbaycanlılar deportasiya olunanda həm SSRİ rəhbərlərinin, həm də Qorbaçovun qarşısında etirazımı bildirmişdim. Dəfələrlə, Qorbaçovla bu məsələdə mübahisələrim olurdu. Bu məsələni gündəmə gətirdiyimə görə hədə-qorxu gəlirdilər. Çox keçmədi ki, 2 ildən sonra 1990-cı ildə 20 Yanvar hadisələrini törətdilər.
 
Təbii, yenə də erməni lobbiçiliyi elə güclü idi ki, bu məsələni nəzarətdə saxlayırdılar. Bir dəfə SSRİ rəhbərliyinə dedim ki, baxın görün nə edirsiniz. Azərbaycanda yaşayan ermənilərin sayı 300-500 min arasındadır. Siz isə bütün Ermənistan vətəndaşı olan azərbaycanlıları qovmuşunuz. Bakıda isə 250 mindən çox erməni yaşayır. Qeyri-mütanasibliyi necə izah edəcəksiz? Onlar məni ağıllı olmağa çağırırdılar. Təəccüblü odur ki, o zaman deportasiya sözünü işlətmirdilər. Faktiki olaraq azərbaycanlılar deportasiya olunmuşdu”.(modern.az)
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı