6 günlük körpənin qatili nənəsi deyil Şok iddia

Cəmiyyət 17:50 17.08.2017
Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.
 
İddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.
 
Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.
 
Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.
 
Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.
 
Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.
 
F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.
 
Xatırladaq ki, A.Nurullayevanın hər iki gəlini öz qohumudur. Körpəsi öldürülən gəlini bacısının, körpəni öldürdüyü iddia edilən gəlini isə baldızının qızıdır. Gəlinlər arasında qısqanclığa səbəb də A.Nurullayevanın öz bacısı qızı olan gəlininə qarşı daha qayğıkeş olması olub.
 
Sözügedən məlumatlala bağlı Lənkəran Rayon Prokurorluğu ilə əlaqə saxıladıq. Prokurorluqdan Axar.az-a bildirdilər ki, baş vermiş hadisə ilə bağlı araşdırma davam etdiyi üçün heç bir məlumat verə bilməzlər.
 
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də bildirildi ki, məlum hadisə ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.
 
Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.(axar.az)
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Hamısı