Bakıda Qlobal Gənc Liderlər Forumu işə başlayıb

Cəmiyyət 10:22 21.08.2017
Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb.
 
Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin tədbirin əhəmiyyətini vurğulayıb, bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıran İ.Serageldin qeyd edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. O bildirib ki, hazırkı şərait yeni cəmiyyətin qurulması üçün bütün səylərin birləşdirilməsini tələb edir.  O, gəncləri bu prosesdə fəal olmağa çağırıb.
Daha sonra Makedoniya Respublikasının Prezidenti George İvanovun Forum iştirakçılarına ünvanladığı məktubu oxunub.
 
Bolqarıstanın sabiq Prezidenti, NGBM üzvü Rosen Plevneliev çıxışında qeyd edib ki, dayanıqlı inkişafa, cəmiyyətdə bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsi vacibdir. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğulayıb.    R.Plenveliev, bu işdə dünyanın ictimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməli olduqlarını bildirib. Sonda isə o, Bakı Forumunun gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirib. 
 
Ukraynanın sabiq birinci xanımı, NGBM üzvü Katerina Yuşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərinə böyük məsuliyyət düşür. Xanım Katerina Yuşenko gənc liderlərin bu sahədə yüksək fəallığının, təşəbbüskarlığının və yenilikçi ideyalarının yeni iqtisadiyyatın qurulmasında, sağlam inkişafa nail olunmasında böyük nailiyyətlərin qazanılacağına ümid etməyə əsas verdiyini diqqətə çatdırıb. Bu prosesdə təhsilin hamı üçün əlçatan olmasının, cəmiyyətdə ümumi rifahın artırılmasının insanların həyatında mühüm dəyişikliklərə səbəb olacağını bildirib.  
 
Latviyanın sabiq Prezidenti, NGBM-nin üzvü Valdis Zatlers Müasir dövrdə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli sürüldüyünü vurğulayıb. O həmçinin bildirib ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək mühüm məsələlərin müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət daşıyır. “Gənc liderlər bu mühüm imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər.” –deyə sabiq Prezident çıxışında qeyd edib.
 
Çıxışlardan sonra İsmail Serageldin “Gənc liderliyin inkişafı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, inklüzivliyə nail olmadan  cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. Bu prosesdə təhsil, geniş biliklərə yiyələnmək, mədəniyyətin və incəsənətin inkişafı böyük əhəmiyyət daşıyır. Cəmiyyətin inkişafında dərin və əhatəli elmi araşdırmaların, elmi cəmiyyətin auditoriyasının genişləndirilməsinin vacibliyini vurğulayan İ.Serageldin bildirib ki, elm cəmiyyətin əsas dəyərlərini ortaya çıxarmalıdır. Bu biliklərin cəmiyyətə ötürülməsi üçün dərin və əhatəli konsepsiyalar işlənib hazırlanmalıdır. Bu məsələdə müdrik liderlik mühüm əhəmiyyət daşıyır.  
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı