Ofisiant namaz qıldığı üçün işdən qovuldu "Getsin, namazını məsciddə qılsın"

Cəmiyyət 13:26 22.08.2017

Ötən gün Azərbaycanda fəaliyyət göstərən “Xəzinə Palace” şadlıq sarayında Vüqar adlı ofisiantın toy zamanı namaz qıldığı üçün işdən çıxarıldığı haqda xəbər yayımlanıb.

Eurasia Diary xəbər verir ki, A24.az məsələni aydınlaşdırmaq üçün “Xəzinə Palace”ın inzibatçısı Nizami Əliyevlə əlaqə saxlayıb. Nizami Əliyev həmin gün baş verənləri bu cür izah etdi: “Məclis keçirilən günü sarayda olan qonaqlardan biri administratora yaxınlaşıb ki, müdirinizi bura çağırın. Müdirin çağrılmasını istəyən adam da içkili olmayıb. Deyib ki, stolunuzda ofisiant yoxdur. Həmin uşaq da 14 nəfərə qulluq edir. Mən də dedim ki,  ola bilməz ki, ofisiant stola qulluq etməsin. Dedi ki, gəlin, gedək, birlikdə baxaq. Stola yaxınlaşanda, həqiqətən də, gördüm ki, uşaq stolun ətrafında yoxdur. Deyilənlərə görə, namaz qılmağa getdiyini deyib. Amma namaz qılmaq üçün kimdən icazə alıb getdiyi məlum deyil. Qonaq da toy sahibinin yanında qışqırmağa başladı ki, mən sənə ona görə dedim ki, burada toy eləmə, ofisiant gedib namaz qılmağa, nə bilim nə… Mən də tez başqa bir ofisiantı stola təyin etdim ki, xidmət göstərsin. Sonra da getdim namaz otağına və gördüm ki, haqqında şikayət edilən ofisiant namaz otağında uzanıb, yatıb, öz kefindədir”.

Ofisiantı həmin şadlıq sarayına qardaşı gətirib, anaları da burada işləyib və artıq bir ilə yaxındır ki, ailəliklə bu məkanda xidmət göstərirlər.

Ofisiantın şadlıq sarayından qovulmasına isə inzibatçı “Səhəri gün anası bizə zəng etdi, üzrxahlıq etdi, “Bağışlayın, səhv edib” dedi. Mətbuatda qovulması ilə bağlı yazılan xəbərlər isə yalandır. Mən ona iki günlük istirahət vermişəm, ondan sonra gəlib işləyəcək”.

Qeyd edək ki, şadlıq sarayında namaz qılanlara münasibətin özəl olduğunu, onlar üçün xüsusi otağın yaradıldığını sübut etmək üçün Nizami Əliyev həmin məkanın şəkillərini göndərib:

 

 

 

***
Azərbaycanda şadlıq sarayının rəhbəri ofisiantı toy zamanı namaz qıldığı üçün işdən qovub. 

Eurasia Diary-nin BAKU.WS-ə istinadən məlumatına görə, Xırdalanda yerləşən “Xəzinə Palace”da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən çıxarılıb. 

İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. 

Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək rəhbərliyə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant? 

Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında mübahisə yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də, şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib. 

Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.

“Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə, onun, ümumiyyətlə, bu şadlıq sarayının qabağından keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin, namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa, nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?”, - deyə baş inzibatçı bildirib. 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
22:00 19.05.2024
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
21:21 19.05.2024
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
21:00 19.05.2024
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
20:35 19.05.2024
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Hamısı