Televiziyalar niyə xəbərdarlığa məhəl qoymur? Ekspert

Cəmiyyət 10:44 23.08.2017

Bir müddət əvvəl Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri efirdə ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar. Belə monitorinqlərin müntəzəm olaraq aparılmasına baxmayaraq, televiziyada dil normalarının pozulması ilə bağlı rast gəlinən nöqsanlar demək olar ki, aradan qaldırılmır. Televiziyalar bu problemə kifayət qədər diqqət yetirmirlər. Nəzərə alsaq ki, televiziyalar həm də bir məktəb kimi yenicə danışmağa başlayan körpələrə nümunə ola bilər, deməli, bu problemə ciddi yanaşmaq lazımdır.

Media eksperti, professor Qulu Məhərrəmli sözügedən məsələ ilə bağlı Kult.az-ın suallarını cavablandırıb.

- Qulu müəllim, MTRŞ-nın televiziyalarda keçirdiyi monitorinqlərin nəticə verdiyini düşünürsünüzmü?

- MTRŞ müntəzəm olaraq televiziyalarda ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlər keçirir. Mənə elə gəlir ki, bu qurumun kanallara xəbərdarlığını, ittihamları qəbul etmək və razılaşmaq olar. Hazırda televiziya və radiolarda dil qüsurları mövcuddur. Dil qüsurlarına iki prizmadan yanaşmaq olar. Telviziya və radio dili danışıq dilinin bir qoludur, audiovizual dildir. Hansı formada deyilməsi o qədər də rol oynamır. Canlı danışıqda aparıcı səhv edə bilər, lakin sonradan onu düzəltməlidir. Amma elə xarakterik nöqsanlar var ki, bunlar özünü daha çox göstərir. Nöqsanlardan başlıcası isə əsasən tələffüz qaydalarının pozulmasıdır. Tələffüz qaydaları o səbəbdən pozulur ki, aparıcıların əksəriyyəti Azərbaycan dilinin orfeoepiya qaydalarını bilmir. Çox az hallarda reportyorlar aparıcılığa cəlb olunur. Müxbirlərin reportajlarını dinləyəndə başa düşmək olmur ki, onlar dili harada öyrəniblər. Mənə elə gəlir ki, bunun üçün televiziyalarda mövcud olan Dil Şuraları formal fəaliyyət göstərir.

- Bəs televiziya və radiolarda ədəbi dil normalarının pozulmaması üçün hansı qaydalara əməl etmək lazımdır?

- Aparıcılar sözün həqiqi mənasında dil-danışıq vərdişlərinə yiyələnməlidirlər. Əslində, bu, spesifik bir işdir, yəni ciddi hazırlıq tələb edir. Aparıcıların xüsusi hazırlıq keçmədən efirə çıxması belə nöqsanların meydana gəlməsinə səbəb olur. Çox təəssüf ki, bu monitorinqlər ancaq söz-söhbətdir və heç bir nəticəsi yoxdur. Televiziya aparıcısı özlüyündə xüsusi məsuliyyət hiss etmir. Nöqsanlar deyilir və teleradioda çalışanlar bu iradların üstündən ötüb keçirlər. Prosesə sistemli şəkildə diqqət etmək lazımdır. Kamera qarşısına çıxan adamlar müəyyən mərhələdən keçməlidirlər. Onların televiziya, auditoriya, kollektiv və peşəkarlar qarşısında xüsusi məsuliyyəti var və bu məsuliyyət unudulmamalıdır.

- “Dövlət dili haqqında” qanunda qeyd olunur ki, televiziyada aparıcı kimi çalışan şəxslər bu dili başqalarına örnək olacaq səviyyədə bilməlidirlər. Hansı aparıcılar dili başqalarına örnək olacaq qədər yaxşı bilir?

- Televiziya dilində tələffüz qaydalarına əməl olunması bir norma kimi qəbul olunub. İndi hansı televiziyanın dilini norma kimi qəbul etmək olar?! Yaxşı aparıcılarımız var, amma təəssüf ki, bunların sayı çox azdır. Peşəkarlar o aparıcılardır ki, onlar öz üzərində işləyirlər, danışıq texnikasına yiyələnirlər. Cümləni, mətni oxuyanda məntiqi vurğulara diqqət yetirirlər, amma əksər aparıcılar bu qaydaları bilmir. Belə hallarda heç bir aparıcı başqalarına örnək ola bilməz. Dil və tələffüzlə bağlı konkret qaydalar, normalar var və bunlara əməl olunmalıdır. Televiziya təkcə səsləniş, dil məsələsi deyil. O nəyi danışır, necə danışır, hansı məzmunu ifadə edir: bədən dili (kinetika), üz cizgiləri (mimika) nitq prosesində nə dərəcədə iştirak edir, müxbir nə qədər peşəkardır? Danışıq prosesində məzmun da mühüm əhəmiyyət kəsb edir. Ola bilər ki, siz bir yalanı çox gözəl dildə ifadə edə bilirsiniz və ya həqiqəti dolaşıq dildə ifadə edəsiniz. Tamaşaçıya bunun hansı lazımdır?! Elə insanlar var ki, danışığında qüsur var, lakin o qədər mənalı və dəyərli məsələlərdən danışır ki, qüsurlar sanki görünməz olur. Bütün bunları nəzərə alaraq televiziya dili məsələsinə kompleks yanaşmaq lazımdır.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı