Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən partlayış zamanı mülki əhali yarasında xəsarət alan və ölən olmayıb.
Bu barədə Giləzi qəsəbəsinin icra nümayəndəsi Aydın Dadaşov məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı qərargah yaradılıb.
“Hadisə Giləzi inzibati ərazisində baş verib. Partlayışa göerə kəndin əhalisi təxliyə olunub. Mülki şəxs xəsarət almayıb. Hadisə ilə bağlı qərargah yaradılıb. Qərargah kəndə dəymiş ziyanı müəyyən edecək. Yanğın hələ də davan edir"- icra nümayəndəsi deyib.(azvision.az)