Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Cəmiyyət 13:37 28.08.2017

2017-2018-ci tədris ilinin başlamasına bir neçə gün qalıb. Ancaq məktəbli dərsliklərindəki problemlərlə bağlı iddialar bitmir.

Bir qrup müəllim yeni tədris ilinə hazırlanan biologiya dərsliklərində çoxlu sayda səhv olduğundan şikayət edirlər.

Əməkdar müəllim Almaz Həsrət Lent.az-a bildirib ki, kurrikulumun tətbiqinə başladıqdan sonra hazırlanan dərsliklərdə çoxlu sayda qüsur aşkarlayıblar: “Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Bu, dərsliklərin hazırlanması işinin zəif təşkilini və dərslikləri yazan müəlliflərin səriştəsiz olmasını göstərir.
Təəssüf doğuran məqam odur ki, səhvlərlə dolu bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təyin edilmiş ekspertlər tərəfindən analiz edilir, qalib elan olunur və çapa verilir”.

A.Həsrət deyir ki, həmin dərsliklərin orta məktəblərə paylanmasının qarşısı alınmalıdır: “Yeni tədris ili üçün həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanmış biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır və onlar yenidən işlənməlidir. Məsələn, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik.
Hətta şagirdlər özləri dərslikdə olan səhvləri tapıb müəllimə deyir. Bu, utancverici bir haldır. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!”.

A.Həsrət Azərbaycan dərsliklərini mötəbər tədbirlərə apara bilmədiklərindən narazılıq edir: “Utanırıq, çünki bizim dərsliklər ələ gələsi deyil. Düşünürəm ki, dərsliklərlə bağlı fərqli qurum yaradılmalıdır. Mərkəzdə sırf mütəxəssislər toplanmalıdır. Məncə, dərslik yazan müəllif heyəti dəyişməlidir. Müəllif heyətinin tərkibində alim, dilçi olmalıdır. Sırf ixtisasını bilən, kurrikulumu mənimsəmiş mütəxəssis olmalıdır. Yaş səviyyəsini nəzərə alıb dərslik hazırlamaq üçün psixoloq da bu işə cəlb edilməlidir. Bunlar nəzərə alınmazsa, təbii ki, səhv dolu olacaq.
İllərlə səhv kitablar yazan şəxslər bu işdən uzaqlaşdırılmalıdır. Onlar heyətdə qalsalar, yenə dərsliklərdə səhvlər ortaya çıxacaq. Bütün qüsurlu dərsliklərin qarşısı alınmalıdır. Dərslik siyasətinə, hazırlanması prosesinə yenidən baxılmalıdır. Ondan sonra uğurlu dərsliyin əldə edilməsinə nail olarıq”.

A.Həsrət vurğulayır ki, bütün dərsliklərə yenidən baxılması üçün hər şey edəcəklər: “Çalışırıq ki, qüsurlu dərsliklərə yenidən baxılmasına köməklik edilsin. Ona görə Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyevaya bununla bağlı açıq məktub ünvanlamışıq. Bizim şagirdlər olimpiadalara hazırlaşanda dərsliklərlə deyil, xüsusi proqram əsasında hazırlaşırlar. Amma Rusiyada uşaqlar məhz sinif dərsliyi əsasında hazırlaşaraq fənn olimpiadalarında iştirak edir. Dərsliklər doğru olsa, istədiyimiz savada nail ola bilərik”.

Əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayev də dərsliklərin qüsurlu hazırlanmasından şikayət edir.

M.Babayev Lent.az-a bildirib ki, dərsliklərin çapında bir nəşriyyat əsas rol oynayır: “Mənə maraqlıdır ki, nə vaxta qədər Azərbaycanda dərsliklərin müqəddəratını nəşriyyatın nüfuzu müəyyən edəcək? Biz də müəllifi olduğumuz kitabı tenderə çıxartdıq, amma seçilmədi. Biz “Təhsil” Nəşriyyat evi ilə işləmişdik. Tenderdə isə başqa nəşriyyat evinin kitabı qalib oldu. İçində o qədər səhv ola-ola”.

M.Babayev deyir ki, dərslikləri təcrübəsi olan adamlar hazırlamalıdır: “2002-ci ildən X-XI sinif biologiya kitablarının müəllifiyəm. Azərbaycanda kurrikulumun ilk koordinatoru mənəm. 28 ildir bu sahədəyəm. 2002-ci ildə ilk dəfə həm X və XI sinif üçün biologiya dərsliyim çıxdı. Təkmilləşdirdik və 16 ildir tədris olunur. Heç bir şikayət də yoxdur. Ancaq son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir.
Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun”.

M.Babayev deyir ki, bir neçə ay bundan qabaq Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmovun qəbulunda olub və baş verən xoşagəlməz hallarla bağlı ona məlumat da verib: “Dedim, bu işdə çirkin əməllər var və kimsə pis işlər görür. Xəbərdarlıq etdim. Bizim müraciətlərimizə ancaq şablon cavablar göndərir. İndi isə istəyirəm ki, nazirlə görüş təyin edilsin, hamımız yığışıb müzakirə edək. Soruşsunlar, dərdiniz nədir, niyə qədər məktub yazırsınız?! Təklif edirəm ki, dərsliklər hazırlanıb orta məktəb müəllimlərinin səs çoxluğu ilə seçilsin”.

Məsələ ilə bağlı qarşı tərəf olan Təhsil Nazirliyindən mövqe almağa çalışsaq da, nazirlik iddialar qarşısında susqunluq nümayiş etdirir. Nazirliyin müvafiq şöbələrindən də suallarımıza cavab ala bilmədik.

Şagirdlər isə yeni tədris ilində də yüzlərlə səhvlə dolu dərsliklərdən istifadəyə davam edəcəklər. Göz görə-görə… 

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Hamısı