Belə çantaları uşaqlarınıza almayın VALİDEYNLƏR, DİQQƏT!

Cəmiyyət 15:59 28.08.2017

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu dövrdə valideynlər övladlarının məktəbə hazırlığı ilə məşğul olur, ona geyim, dərs ləvazimatları alır. 

Amma diqqət edilməlidir ki, alınan vəsaitlər uşaqların fiziki sağlamlığına heç bir ziyan vurmasın. Xüsusilə də ibtidai sinifdə oxuyan uşaqlara çanta seçimi edərkən diqqətli olmaq lazımdır. Çünki mütəxəssislər ağır çantaların uşaqların onurğa sümüyündə hətta yırtıqlara belə yol açması ilə əlaqədar valideynlərə xəbərdarlıq edir.

Məktəb bazarlığı edən valideynlər arasında aparılan sorğu zamanı bəlli olub ki, əksər valideynlər ağır çantaların uşaq sağlamlığına zərəri barədə heç nə bilmir. Onlar düşünür ki, uşaqları hansı çantanı bəyənsə, onu da almaq lazımdır.

Gülnar Hüseynova deyir ki, oğlu bu il birinci sinfə gedir: “Mənim oğlum sevdiyi cizgi film qəhrəmanının şəkli olan çantadan istəyir. Biz də axtarırırq ki, ondan tapaq. Neçəyə olsa alacam”.

Səbinə Kəromovanın qızı isə bu il dprdüncü sinfə keçir: “Qızım istəyir, çantası böyük olsun ki, bütün dərs vəsaitləri həmin çantaya sığışsın. Bir də çantanın rəngi, mütləq çəhrayı olmalıdır...”

Bəs çanta seçərkən valideynlər əsas nələrə diqqət etməlidir? Ümumiyyətlə, məktəb çantasının ağırlığı nə qədər olmalıdır? Ailem.az bu məsələlərə aydınlıq gətirməyə çalışıb.

Mütəxəssislər bildirir ki, son illər bel və boyun yırtığı ibtidai sinif şagirdləri arasında daha çox müşahidə edilir. Bunun əsas səbəbi isə məktəbli çantalarıdır. Belə ki, ağır yük qaldırmaq onurğada həddindən artıq stressə səbəb olur. Bu stress uşaqlarda hələ inkişaf etməkdə olan oynaq, əzələ və bağ toxumalarında gərginliyə və ağrılara gətirib çıxarır. Kiçik yaşlarda onurğada yaranan əyriliklər xroniki boyun, çiyin, kürək və bel ağrılarına, bel-boyun, kürək hissəsində əyriliyə, önə əyrilik səbəbindən bu bölgələrdən keçən damar və sinir sıxışmalarına, bel və boyun yırtıqlarına yol açır.
 
Bu cür problemlərin qarşısını almaq üçün mütəxəssislər bəzi tövsiyələr verir. İlk növbədə bel çantaları uşağın bədən ağırlığının 10 faizindən az olmalıdır. Çantalar beldə uzun müddət qalmamalıdır, uşaq ayaq üstə çox qalacaqsa, çanta beldən çıxarılmalıdır.
Məktəb ləvazimatları çantanın içərisinə elə qoyulmalıdır ki, ağırlıq bir yerə düşməsin. Çantanın qulpu və qayışları geniş, dəstəkli olmalı, bel dəstəyi, bel kəməri kimi hissələri olmalı, mümkündürsə, təkərli məktəb çantaları istifadə edilməlidir.
 
Uşaqlara dizdən əyilərək doğru ağırlıq qaldırma öyrədilməlidir. Müəllim və valideynlər bu mövzuda diqqətli davranıb, uşaqlara tez-tez xəbərdarlıq etməlidirlər. Bundan başqa elektron cihazlardan istifadə də məhdudlaşdırılmalıdır. Ən vacibi isə onurğaya ağırlıq verən yükü azaltmaq məqsədilə uşağı idmana istiqamətləndirməkdir.
 
Valideyn uşağında hər hansı bir narahatlıq hiss etsə, mütləq həkimə müraciət etməlidir.

Pediatr Vaqif Qarayev Ailem.az-a bildirir ki, ağır çantalar uşağın qamətini deformasiya edir: “Allı-güllü, iri, ağır, üzərində əcnəbi dilllərdə müxtəlif yazilar yazılmış, bahalı çantalar almaq mənasızdır. Uşağın fiziki parametrlərinə uyğun sadə, yüngül, ucuz çantalar alınsa yaxşıdır. Ağır çantalari məktəbdə də lazımsız vəsaitlərlə yükləyəcəklər. Bu, uşağın qamətini deformasiya edir”.

V.Qarayev tövsiyə edir ki, valideynlər sintetik materialdan hazırlanmış paltarlar da almasınlar. Həmçinin, uşağa düzgün oturma qaydalarını (vərdişi) öyrətsinlər ki, bu da onların qamətində problemlərə səbəb ola bilər. (Ailem.az)

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı