"Direktorun təhqirləri cinayət məsuliyyəti yaradır" Vəkil

Cəmiyyət 21:46 29.08.2017

Azərbaycanda məktəb ətrafında məktəb adına yaraşmayan daha bir qalmaqal baş qaldırıb.

Virtualaz.org bildirir ki, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova (boş vaxtlarında şairəliklə də məşğuldur) bu məktəbdə müəllimlərdən haqq yığıldığı, direktorun işçilərlə kobud davranıb onları təhqir etdiyi barədə şikayəti araşdırmağa cəhd edən jurnalistə telefonda hücum çəkib. Jurnalist (Axar.az saytının əməkdaşı) özünü təqdim edib təzəcə şikayətin məzmunu direktora çatdırmağa imkan tapan kimi Nailə Məmmədova onu hədələyib.

“Ay qız, eyy!...”

Məktəb direktorunun jurnalistlə telefon danışığının audioyazısı artıq internetdə yayılıb. Dialoqdan görünür ki, bu xanım direktor kriminal aləmin jarqonlarından gen-bol istifadə edir, jurnalistin başının ağırlığı ilə bədəninin bu ağırlığı daşımaq imkanları arasında birbaşa uyğunsuzluğu onun nəzərinə çatdırır.

Nailə Məmmədova qəzəblə deyir: “Get işinlə məşğul ol. Sənin başın deyəsən bədəninə ağırlıq edir. Get işinlə məşğul ol, ay qız eyy!! Get əvvəl öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”

Təhsil Nazirliyi araşdırma başladıb

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov və Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov direktorun səs yazısı ilə bağlı araşdırmalar başladığını açıqlayıb. Bəşarət Məmmədov deyir ki, gərək əvvəlcə dəstəyin o başında danışanın kim olduğunu dəqiqləşdirsinlər. Bəlkə danışan heç direktor deyildi?

Lakin bu açıqlama ilə eyni vaxtda qəzəbli direktor saytlardan birinə açıqlama verib və telefondakı səsin ona aid olduğunu təsdiqləyib. Direktor bildirib ki, jurnalist məktəbin uğurlarından yazsaydı ona afərin deyərdi. İndi isə o, məktəbdəki problemlər barədə suallarla direktoru narahat edib və bu, xanım Məmmədovanı özündən çıxarıb. Direktor jurnalisti məhkəməyə verəcəyini də deyib. Bildirib ki, onun icazəsi olmadan səsini yazıblar və bu, qanunsuzdur.

Vəkil rəyi: “Başın bədəninə ağırlıq edir” sözləri təhdiddir, məsuliyyət yaradır

Qeyd olunduğu kimi direktorun işlətdiyi ifadələr arasında “basin bədəninə ağırlıq edir” sözləri də yer alır. Bəs hüquqi baxımdan bu sözlər təhdid kimi qəbul edilə bilərmi?

Tanınmış vəkil Ceyhun Yusifov virtualaz.org saytına bildirib ki, məktəb direktorunun məlum açıqlaması hüquqi məsuliyyət yaradır. “Başın bədəninə ağırlıq edir ifadəsi ölümlə təhdid kimi qiymətləndirilə bilər. Bu isə Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə tənzimlənir. Buna görə də direktor məsuliyyətə cəlb edilə bilər. Mənim praktikamda bu cür təhdidlərə görə qaldırılan cinayət işləri olub. Əgər həmin jurnalist direktorun bu ifadələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə ona vəkil xidməti göstərə bilərik. Bundan əlavə, pedaqoji işçilərin etik davranış kodeksi mövcuddur, direktor açıqlaması ilə bu kodeksə zidd hərəkət edib. Həmçinin açıq təhdidlə jurnalistin peşə fəaliyyətinə maneə yaradıb”, - vəkil deyib.

C.Yusifov əlavə edib ki, jurnalistlə bu cür danışan direktorun tabeliyindəki işçilərlə, şagirdlərlə necə rəftar etdiyini öyrənmək üçün məktəbdə araşdırma aparmaq lazımdır: “Nəzərə almaq lazımdır ki, direktor idarəedəndən əlavə həm də pedaqoqdur, öyrədir”.

Direktorun səs yazısı sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. İstifadəçilər yazırlar ki, Nailə Məmmədovanın bu üslubu yeni deyil, o məktəbi də belə üslubda idarə edir. Deyilənlərə görə direktor hansısa deputatın qohumudur, məktəbdə hamı ondan çəkinir…

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Hamısı