Üç gündür itkin düşən altı yaşlı uşaq tapılıb.
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivində tapılan 6 yaşlı Natiq, Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Üç gün idi ki, meşədə itkin düşmüşdü. Mərasim keçirilən yerdən 4-5 km aralıdan tapılıb. Yarğanın içində olub. 2-3 gün ac-susuz qalıb. Yaxşıdır. Baxırlar sağlamlığına”, - azyaşlının atası Namiq Əliyev deyib.
Həkimlər Natiqin həyatı üçün heç bir təhlükənin olmadığını deyirlər.
Altı yaşlı Natiq müayinələrdən sonra evə buraxılacaq. (ARB TV)