Bu gün sosial şəbəkələrdə hansısa bir qurumun adından istifadə edib, özü barədə yalan informasiyalar yayan kifayət qədər istifadəçi var.
“Flan dövlət müəssisəsində işləyirəm”, “Bu özəl şirkətdə rəhbərəm”
Maraqlıdır, bu cür hallarla necə mübarizə aparılır?
Məsələ ilə bağlı açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, “Facebook” açıq şəbəkədir və burada dəqiqləşdirilməmiş informasiyalar çoxdur:
“Bəziləri bunu məqsədi olmadan istifadə edir. Bəziləri isə hansısa qurumun, şəxsin adından istifadə etməklə sosial media hesablarında yalan informasiyalar yerləşdirirlər. Kimsə sosila şəbəkədə yalandan dövlət və özəl qurumun adından açıqlamalar, bəyanatlar verirsə, bu, hüquq pozuntusudur. Bu halda aidiyyatı qurumlar hüquq mühafizə orqanlarına müraciət edib, qarşısını almalıdırlar".(metbuat.az)