"Mətbuat heç vaxt mütləqiyyətə boyun əyməyib" Əflatun Amaşov

Cəmiyyət 11:25 08.09.2017
“ABŞ-ın nüfuzlu “The Washington Post”, Böyük Britaniyanın "The Guardian" qəzetlərində və digər KİV-lərdə ölkəmizlə bağlı əsassız və qərəzli fikirlər gündəmə gətirilib, Azərbaycana, onun prezidentinə qarşı çirkin qaralama kampaniyasına start verilib”.
 
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
 
Millət vəkili bildirib ki, bu kampaniyada vacib elementlərdən biri isə həmişəki kimi söz və ifadə azadlığı ilə imitasiyadır: “Azərbaycan jurnalistləri, ümumən cəmiyyətimiz bu kimi xoşagəlməz təqdimatları böyük rəzalət, ədalətsiz yanaşma hesab edir. Zənnimcə, barışılması mümkün olmayan ən böyük ədalətsizlik isə prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn sosial aksiyasının, yəni media təmsilçilərinin mənzillə təminatının sırf təmənna kimi qələmə verilməsi, mövcud xüsusda medianın dövlətdən asılılığı faktorunun qabardılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəyə görə jurnalistlərin dostudur? Yaxud ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin dostu hesab edirlər? Dediyim kimi, cavab məlumdur. Kütləvi informasiya vasitələrinin hüquqi bazasının təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək bir çox məqamlardan ətraflı söz açmaq mümkündür. Təbii, hər bir detalın üzərində dayanmağa lüzum görmürəm. Ancaq müəyyən qədər ümumiləşdirmələr apararaq bir sıra məsələləri vurğulamaq istərdim.
 
Azərbaycan dövləti medianı idarəçiliyin əsas vasitəsi hesab edir. Onun dördüncü hakimiyyət missiyasına ciddi yanaşır. Çünki ümumən media fəaliyyəti mahiyyətcə ədalətin bərqərar olmasına, güclənməsinə çağırış motivlidir və maarifləndiricidir. İstər nəzəri, istərsə də praktik cəhətdən bu, hər bir dövlət üçün sərfəli modeldir”.
 
Ə.Amaşov qeyd edib ki, bəzi Qərb dairələrinin yanlış və məqsədli təqdimatlarının əksinə olaraq Azərbaycan özünütəcrid vəziyyətində deyil, ola da bilməz: “Aşkarlığın, şəffaflığın mühüm göstəricisi olan müstəqil mediasız isə Azərbaycan modeli ümumiyyətlə yoxdur. Bu, idarəçiliyin təbiətindən, xalqın ruhundan, mahiyyətindən irəli gələn xüsusiyyətdir. Hətta totalitar sovet rejimi şəraitində də respublikamızın öz ənənələri olub. Bu ənənələr mətbuata ciddi şəkildə sirayət edib. Bir sözlə, xalq da, onun mübarizə dayağı sayılan mətbuat da heç vaxt mütləqiyyətə boyun əyməyib.
 
Doğrudur, tarixdə Azərbaycan xalqının, eləcə də bütövlükdə Qafqaz regionu xalqlarının taleyinə təsir göstərmiş nəhəng proseslər, kataklizmalar yaşanıb. Bunun fəsadlarından sığortalanmaq mümkün olmayıb. İçərisində indi özünü demokratik sayan Qərbin də yer aldığı ədalətsizliklərlə üzləşmişik. Bölgəmiz böyük konfrantasiyaların meydanına çevrilib. Təəssüf ki, bu reallıqları qəbul etmək məcburiyyətində qalmışıq. Lakin zaman dəyişib. Xalqımızın taleyinə yazılmış SSRİ adlandırdığımız kabus da ömrünü başa vurub. Yeri gəlmişkən, keçmiş imperiyanın süqutunda Azərbaycan xalqının, onun ruhunu ifadə edən mətbuat orqanlarının son dərəcə fədakar əməyi olub. Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edən, dünyaya inteqrasiya yolu tutan ölkəyə çevrilib. Burada beynəlxalq əhəmiyyətli konfranslar, seminarlar, simpoziumlar, nüfuzlu idman yarışları və digər iri miqyaslı toplantılar təşkil olunub. Əldə etdiyimiz nailiyyətlər barədə beynəlxalq aləmdə kifayət qədər bilgilər var. Bununla bağlı dünya mediasında çoxsaylı məqalələr də yer alıb.
 
Azərbaycan dövləti “The Washington Post”un və digərilərinin iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman nəinki düşünməyiblər, heç ağıllarına da gətirməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucuların görüşünə gəlirlər”. 
 
Mətbuat Şurasının sədri vurğulayıb ki, dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyətin ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırır:
 
“Bəli, üç ildən sonra Azərbaycanda daha 255 jurnalistə ölkə Prezidentinin Sərəncamı əsasında inşa olunacaq binadan mənzil veriləcək. İndiyədək 411 media təmsilçisi evlə təmin edilib. Bu prosesdə Azərbaycan mediasının palitrası tam şəkildə gözlənilib. Dövlətin mənzillə təmin etdiyi jurnalistlər içərisində iqtidaryönümlü, müxalifətyönümlü və müstəqil jurnalistlər var. Bölgüdə onlara hər hansı fərq qoyulmasından söhbət qətiyyən gedə bilməz. Əlbəttə, Azərbaycan jurnalistləri mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Qeyd etdiyimiz kimi, Azərbaycanın inkişafı heç də rəvan getməyib. İndi də Dağlıq Qarabağ münaqişəsinin timsalında Ermənistanın təcavüzkar siyasəti ilə baş-başayıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu kimi məqamları görmək öz fəaliyyətlərində itirdikləri haqq-ədalət anlayışını Azərbaycanda tapmaq fikrinə düşənləri, ölkəmizə qarşı ikili standartlar irəli sürənləri, söz və ifadə azadlığı ilə bağlı saxta reytinqlər tərtib edərək Azərbaycanı nüfuzdan salmağa çalışanları qətiyyən düşündürmür. Onları bu da düşündürmür ki, Azərbaycanda hər il əhalinin ən müxtəlif kateqoriyalarının mənzillə təminatı, mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr gerçəkləşdirilir. Bu, dövlətin vətəndaşına yönələn sosial siyasəti olaraq dəyər qazanırsa, jurnalistlərin eyni imtiyazdan bəhrələnmələri nə üçün təmənna sayılmalıdır? Əksinə jurnalistlərin mənzil probleminin aradan qaldırılması prioritet əhəmiyyət daşımalıdır. Dövlətimiz də nəzərə alır ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir”.(azvision.az)
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Hamısı