İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarının fotoları paylaşılıb.
Fotolarda azərbaycanlı terrorçuların Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərindən olduğu aydın görünür.
İŞİD-dəm tam azad olunan Təlafərdə yüzlərlə terrorçu məhv edilib. O da bildirilir ki, İŞİD-ə qoşulan azərbaycanlıların pasportları İraqa gəldikləri gündən onlardan alınıb və təşkilatın qərargahında saxlanılıb.