Liseyin müəllimləri şagirdi intihar həddinə çatdırıb? Təhsil Nazirliyi: “Araşdıracağıq...”

Cəmiyyət 10:56 09.09.2017

Təhsil Nazirliyinin rəsmisi: “Məsələ araşdırılacaq”

Kimya Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Nərmin Mehtilinin valideyni Dilarə Mehtiyeva redaksiyamıza Azərbaycan təhsil ictimaiyyətinə ünvanladığı müraciətinin surətini göndərib. Müraciətdə liseydə müəllimlərin repetitorluğunu qəbul etməyən şagirdə qarşı atılan qəddar addımlar haqda məlumatlar yer alıb.

Valideyn müraciətində yazır: “Qızım Mehtili Nərmin 7-ci sinifdən Kimya Biologiya Təmayüllü Respublika Liseyində təhsil alır. O, bizim ciddi nəzarətimiz altında dərslərə həmişə səylə hazırlaşıb və nəticələri də yaxşı olub. Lakin ötən 2016-2017-ci dərs ilinin əvvəlindən etibarən onun daha gərgin olduğu diqqətimizi çəkməyə başladı. O, bir az fərqli baxışlara malikdir. Hər olanı hər vaxt evdə danışmağı xoşlamır və müəyyən yerə qədər məsələləri özü həll etməyə səy göstərir. Nəticə olmadıqda bizə müraciət edir. Bir ana kimi onun artan gərginliyi məni çox narahat edirdi. Mən təkidlə ondan nə baş verdiyini soruşurdum. Axır ki, o, mənim israrlı sorğularıma cavab verərək bildirdi ki, biologiya müəlliməsi Həcər Sadıxova onu son vaxtlar bərk gözüm çıxdıya salıb ki, bəs sən gərək mənim hazırlıqlarımda iştirak edəsən. Nərmin də ona bu barədə hələ dəqiq qərar vermədiyini söyləyib. Bir neçə gün sonra həmin hal yenidən təkrarlanıb. Yenə Nərmin həmin cavabı verir. Müəllimə isə deyir ki, sən gərək mənim hazırlıqlarıma gələsən, yoxsa sənin işin yaxşı olmayacaq, bu liseylə vidalaşmalı olacaqsan. Bundan sonra müəllimə hər dərsdə onu layiq olmadığı sözlərlə aşağılamağa başlayır. Nərmin mənə artıq onun əlindən bezdiyini və dərsə getmək həvəsini itirməkdə olduğunu dedi. Nərmin hətta bu müəllimin əlindən özünü öldürmək barədə düşündüyünü söylədi".

Valideyn yazır ki, bundan sonra müəllimə ilə əlaqə saxlayıb: “Müəllimə ilə əlaqə saxladım. Bildirdi ki, məsələ təkcə mənlik deyil. Qoyulmuş qayda belədir. Hazırlıq keçən hər 5 nəfərdən birinin haqqı rəhbəliyə çatır. Əgər bizim istədiyimiz kimi olmasa, sizin uşağınız heç bir müəllimdən 3-dən yüksək qiymət ala bilməyəcək və məktəbdən xaric olunacaq. Müəllimə haqlı imiş. Bundan sonra direktor müavini Aslan müəllim də mütəmadi olaraq Nərmini dərsdən ayıraraq yanına çağırtdırıb məktəbdən çıxarılacağı ilə təhdid edirmiş. Direktor müavini dəfələrlə Nərminə deyib ki, şələ-şüləni yığışdır və bizim məktəbdən rədd ol. Təbii ki, bu vəziyyətə düşən qızım da həvəsdən düşür və bu da onun nəticələrinə mənfi təsir göstərir”. 

Baş verənlərdən sonra şagirdin sağlıq durumunda problemlər yaranıb və həkimin köməyi ilə vəziyyəti yaxşılaşıb. Amma liseyə qayıdandan sonra müəllimlər onun həkimdən gətirdiyi arayışın saxta olmasına yersiz iradlar bildirməyə başlayıblar: “Stresə düşən qızımı vəziyyətdən çıxarmaq üçün həkim köməyinə ehtiyac yarandı. Biz həkimə müraciət etdik, o müəyyən zaman ona daha yaxından dəstək olmağı və bir müddət müalicə alıb dincəlməyi məsləhət bildi və dərsdən üzrlü səbəbdən qalmaq üçün müvafiq sənəd verdi. 
Biz Nərminin özünə gəlməsi üçün əlimizdən gələni etdik. O, bir qədər yaxşılaşdı və dərsə getdi. Yenə Həcər müəllimə ondan əl çəkmir. Bu dəfə başlayıb ki, sənin arayışın saxtadı, mənim qızım həkim işləyir və belə arayışlardan müəyyən məbləğ müqabilində hər gün yazır". 

Məni bağışlayın, heç müəllim söhbətinə oxşamır. Bu nə münasibət, nə yanaşmadı? Müəllim də öz şagirdi ilə belə mövzu açarmı? Bu səviyyəli təhsil ocağı üçün bu çox gözlənilməz və təəssüfedici bir haldır. Dərs ilinin I yarısının sonunadək Həcər müəllimə öz şagirdi ilə ədavətini aparmaqda israrından əl çəkmir və nəticədə Nərmin tədris ilinin ikinci yarısından qrupunu dəyişməli olur. Bu da vəziyyətin düzəlməsi üçün yetərli olmur. Bundan sonra liseyin direktor müavini Aslan Ağakişiyev onu daha çox sıxmağa başlayır. Tez-tez fənn dərslərindən ayırıb otağına çağırdır, hədə-qorxu gələrək ona 3-dən artıq qiymət görməyəcəyini və istənilən halda məktəbdən çıxarılacağını çatdırır. O, demək olar ki, Nərmini hər gün bu vəziyyətə salıb. Cəmiyyət üçün yenicə formalaşmaqda olan gəncin sındırılması və incik salınması üçün “müəllimlik” edib.
Nərminə qarşı olan qərəz, onun Aslan müəllim tərəfindən dərslərdən mütəmadi çıxarılıb hədələnməsi və bu kimi digər neqativ hallar onda ruh düşkünlüyünə, dərslərə marağının itməsinə və davamiyyətinin zəifləməsinə səbəb oldu. Dərslərə davamiyyətinin zəifləməsini fürsət bilərək müəllimlərin qiymət üçün boş saxladıqları yerlərə də əlavə qayıblar yazıb və beləcə, onun sinif jurnalındakı qayıblarını bilərəkdən artıraraq məktəbdən xaric etmək üçün daha bir əsas hazırlayıblar. 

Bu liseydə bütün şagirdlər istinasız olaraq məcburən orada çalışan müəllimlərin hazırlıqlarına cəlb edilir. Qızım da hamı kimi kimyadan dərs müəllimi Xuraman Məmmədova müəllimənin hazırlığına gedirdi. Sonra Nərmin yaxşı başa salmır və vaxtı boşa verir deyə ondan şikayətləndi. Biz də Nərmini həmin məktəbin digər müəlliməsinin hazırlığına keçirdik. Bundan incik düşən fənn müəllimi digər müəllimlərdən daha da qabağa gedərək qızıma kimya fənnindən illik yekun qiymətləndirmə imtahanından qeyri-məqbul qiymət yazdı. Halbuki qızım yekun imtahanından bir qədər əvvəl liseydə keçirilən sınaq imtahanında kimyadan çox yüksək qiymət almışdı. 

Dərs ilinin sonlarında dərs jurnalına diqqət yetirən Nərmin görür ki, gənclərin çağırışa qədərki hazırlığı dərsində fəal olmasına baxmayaraq dərs jurnalında onun qarşısında heç bir nəticə qeydi yoxdur. Nərmin gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimi Akif müəllimdən bunun səbəbini soruşur. Müəllim ona bildirir ki, bu barədə Aslan müəllimin tapşırığı var və Nərminə onun məsləhət bildiyi qiymətləri yazacaq. Bu qayda ilə Nərmin gözdən salınır. Kimyadan “2" yazılaraq payıza saxlanılır. Fizika, riyaziyyat, ingilis dili və gənclərin çağırışaqədərki hazırlığı fənlərindən 3 qiymət verilərək məktəbdən çıxarılmasına ”mükəmməl zəmin" hazırlanır. Bütün bu müddət ərzində Aslan müəllim bizə könüllü olaraq ərizə yazıb Nərmini məktəbdən çıxarmağı təkid edirdi. Yalnız bu halda Nərminə layiq olduğu və hətta daha yüksək qiymət yazdırmağı bizə vəd edirdi.

28.08.2017-ci il tarixində kimyadan payız imtahanı baş tutdu. İmtahan vaxtı qızımın yanında idim. Aslan müəllim onu imtahana buraxmırdı. Məndən əvvəlcə onu çıxarmağım üçün ərizə yazmağımı israrla tələb edirdi. Direktor Kamran müəllimin müdaxiləsindən sonra onu imtahana buraxdılar və bildirdilər ki, xeyri yoxdur, “5" də alsa şuraya qoyub çıxaracağıq. Qızım imtahanda 20 sualın hamısına doğru cavab verdi. Mən bir valideyn kimi əminəm ki, qızımın gənclərin çağırışaqədərki hazırlığından, fizika və ingilis dilindən də qiymətləri reallığı əks etdirmir. Həmin fənlərdən nəticələr Nərminə qarşı yaranmış qərəzin göstəricisidir. İmtahan başa çatdı və Aslan müəllim mənim iştirakımla Nərminin cavab kartını yoxladı və dedi ki, bütün cavablar doğrudur və imtahan qiyməti ”5"-dir. Ancaq bu da onun bizim məktəbdə qalıb oxumağına əsas vermir. Sən əgər müəllimələrinin dediklərinə vaxtında əməl etsəydin başına bu cür oyunlar gəlməzdi".

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, valideynin müraciətində göstərilənlər araşdırılacaq. (musavat.com)

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Hamısı