Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb. Qəzadan əvvəl lüks avtomobili ilə “Qaçqınkom”un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.
Qəzadan əvvəl Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə Heydər Əliyev porospektində ötüşən “Mazda” markalı 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində seçilmiş inzibati həbs müddəti başa çatıb.
Avqsutun 7-də həbs edilən M.İsmayılovun 30 sutkalıq inzibati həbs müddəti sentyabrın 5-də başa çatıb və o, azadlığa buraxılıb.
“Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov “Maqa” ləqəbi ilə tanınırmış. O, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. (Musavat.com)