“Hər şeyi aparıblar, bilmirik nə edək” Evi qarət olunan aktyor danışdı

Cəmiyyət 16:07 09.09.2017

“Bütün ailəmiz neçə gündür ki, həvəslə qardaşımın oğlunun toyuna hazırlaşırdı. Özü də ailənin ilk nəvəsidir. Dünən ailəlikcə qardaşım oğlunun qız toyuna getmişdik. Evdən 18:35 radələrində çıxmışıq, 1-ə 5 dəqiqə işləmiş isə qayıtmışıq. İçəri daxil olanda gördük ki, oğruların apara bilmədiyi dollarların bir neçəsi əllərindən yerə düşüb. Sonra binanın arxa hissəsindəki pəncərinin açıq olduğunu gördük. Onlar yataq otağına daxil olaraq hər yeri dağıdıblar. Şkafın içində qızıllar olan çanta da var idi. Onu da, qardaşımın cibindən də oğlunun toyu üçün yığıdığı pulu aparıblar”.

Bu sözləri dünən qardaşının evi qarət olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və aparıcı Elnur Kərimov verdiyi açıqlamasında deyib. Aktyor əlavə edib ki, oğrular dəyəri ümumilikdə beş min manat olan qızıl-zinət əşyaları və iki min manat nəğd pul aparıb:

“Polis əməkdaşları dünən gəlib araşdırma aparıb. Məlum oldu ki, oğru əlcəkdən istifadə edib, deyilənə görə tək olmayıb. Evə bir adam daxil olub digərləri isə nəzarət ediblər. Ancaq bir adamdan şübhələnirik, o da rus qapı qonşumuzdur. O evdə qalan şəxs bomj həyatı sürür, oraya tez-tez narkotik qəbul edən, içki içən dostları gəlir. Biz bu barədə dəfələrlə polis idarəsinə məlumat vermişik, hətta yazılı müraciətlər etmişik. Bunun üstündə həmin qonşu ilə mübahisələr, dava-dalaş olub. Gecə saat ikidə evdən qışqırıq, hay-küy səsləri gəlir. Qardaşım onları qovlamaq istəyəndə ona güc tətbiq ediblər. Hadisəni qonşunun törətdiyini dəqiq bilmirik, amma ilkin təxminlərimizdən biri odur ki, oğurluğu həmin evə gəlib-gedənlərdən biri edib. Çünki toya hazırlaşmağımızı binada demək olar ki, hamı bilirdi. Ondan bir gün qabaq da evdə xonçalar bəzənib”.

Aktyor özünün kirayərədə qaldığını, hadisənin ata evində baş verdiyini deyib:

“Saat 5-ə qədər polislər gəlib gedib, amma hələ ki heç bir irəliləyiş yoxdur. Polislərdən indiyə qədər heç bir zəng gəlməyib, araşdırmanın başlamdığını bilmirəm. Ümid edirəm ki, tezliklər tapılar. 18-i oğlan toyu olmalıdır, bilmirik ki, nə edək. Hamımız çaş-baş qalmışıq”.

E.Kərimovun bildirib ki, hadisə baş verən gün anası ikinci mərtəbədəki evdə olub:

“Anamın səhhətində problemlər olduğu üçün onu toya aparmadıq. Həkim çağırdıq, səhhətinə nəzarət etdi. Tək qoymaq istəmədik, odur ki, anamı qonşudan bir nəfərə tapşırdıq. Amma hadisə baş verən vaxt qonşu anamın yanında olmayıb. Oğrular evə gecə saat 9-10 radələrində daxil olub. Onda anam evə işıq düşdüyünü görüb şübhələnib. Bizə zəng edib dedi ki, evdə işıq görüb, özü də çox narahat idi. Amma polislər deyir ki, işıq dayanacqdakı maşınların da işığı ola bilər. Hələ ki, oğrulardan xəbər-ətər yoxdur, gözləyirik”. (Publika.az)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Hamısı